Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ATV-də yayımlanan “Bizimləsən” verilişində insanlardan kömək istəməsi və yığılan məbləğlə evinin ipotekasını ödəməsi tənqid olunub
İstər məşhur simalar, istərsə də sıravi vətəndaşlar aktrisanın ünvanına tənqidlər səsləndirib. Hətta, aktrisa xərçəng xəstəsi olmasından sui-istifadə etdiyi iddia olunub.
Musavat.com haqqında ortaya atılan iddialara münasibət öyrənmək üçün aktrisa ilə əlaqə saxlayıb.
O, müalicəsinin davam etdiyini deyib: “Deyirlər ki, ümumiyyətlə xəstə olmamaışam. Elə deyil. Əməliyyat olundum, müalicəm davam edir. Özümü çox yaxşı hiss edirəm. Allah hər kəsin canını sağ eləsin. Səhhətim barədə həkimlər də danışdı. Mən bir neçə dəfə şüa alacağam, sonra yenə yoxlanış olacaq. Hər şey yaxşı getsə, 3 ay sonra yenidən müayinə olunacağam. Mənə dəstək olanlara, köməklik göstərənlərə təşəkküedirəm.”.
Aktrisa teleaparıcı Zaur Zaxşəliyevin ondan reklam xarakterli istifadə etməsi barədə səsləndirilən fikirlərə də münasibət bildirib:
“Tənqidlər barədə danışmaq istəmirəm. Zaurun verilişinə çıxmağa peşman deyiləm. Sağ olsun, mənə yardım etdi. Onun vasitəsilə insanlar səsimi eşitdi, kömək etdilər. Hər kəsə minnətdaram. Allah heç kimi xəstə etməsin”.
MilliYol.Az