“Gürcüstan və Ermənistanla müqayisədə həm Azərbaycanda, həm Rusiyada multikultural mühit var”
“Azərbaycanda həm ruslara, həm də rusdilli xalqlara çox yüksək, tolerant münasibət göstərir”.
Bunu Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin deyib. M.Zabelin Azərbaycan-Rusiya arasında regional forumun keçirilməsini, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini xatırladaraq bildirib ki, xüsusilə son dövrlərdə Bakı ilə Moskva arasında münasibətlər çox uğurla inkişaf edir.
O söyləyib ki, eyni zamanda iki ölkənin gənclər təşkilatları arasında əlaqələr müsbət dinamika ilə gedir. M.Zabelin bildirib ki, Azərbaycan multukultral, tolerant ölkədir.
Azərbaycanda böyük rus icmasının yaşadığını qeyd edən M.Zabelin deyib ki, Azərbaycanda rus dili, mədəniyyəti bu gün də qorunub saxlanır:
“Qonşu ölkələrlə müqayisədə Azərbaycanda rus dilinə və mədəniyyətinə daha böyük diqqət göstərilir. Rus mədəniyyətini, rus dilini saxlamaqla Azərbaycan suverenliyini, müstəqilliyini itirmir. Ulu öndər Heydər Əliyev də bildirmişdi ki, Azərbaycan gəncləri nə qədər çox dil bilsələr bir o qədər yaxşıdır”.
O qeyd edib ki, Azərbaycanda sovet dövründə mövcud olan rusdilli məktəblər bu gün də fəaliyyət göstərir, istəyən insan rus dilində təhsil almaq imkanına malikdir. (modern.az)
MilliYol.az