ABŞ-ın son olaraq 1500 TIR dolu silahı Suriya-İraq sərhədindəki Semalka Sərhəd Məntəqəsindən keçirib, terror təşkilatı YPG-yə təhvil verdiyi dəqiqləşib
Xüsusi xidmət orqanları, bu TIR-lardan 650-sinin, İŞİD-la mübarizə adı altında Suriyanın şimal-şərqindəki Fərat çayı üzərində yerləşən Deyr Əz Zor-dakı YPG-li terrorçulara göndərildiyini müəyyən edib.
Silahların şəxsən Pentaqona bağlı hərbi rəsmilər tərəfindən, YPG-nin Suriyadakı ikinci adamı olan, sözdə baş komandan Çiya Kobani kod adlı Azad Sımi-yə təhvil verildiyi müəyyən edilib.
104 türk əsgərinin qatili
Xüsusi xidmət orqanlarının təsbitinə görə, ABŞ-ın "General Məzlum" dediyi YPG-nin əsas səlahiyyətlisi Fərhad Abdi Şahinin də köməkçisi olan Kobani doğumlu Azad Sım, 20 ildən artıq bir müddətdir ki, PKK daxilində fəaliyyət göstərir. Terrorçu Sımiylə bağlı əldə edilən arxiv qeydlərində çox vacib bir detal da ortaya çıxıb. Bu terrorçunun 12 əsgərin şəhid edildiyi, 8 əsgərin qaçırıldığı, 16 əsgərin də yaralandığı Dağlıca polis bölməsinə hücumun planlayıcısı və koordinatoru olduğu müəyyənləşdirilib.
MilliYol.az