Diasporalarla iş üzrə Dövlət Komitəsinin diqqətinə...
Əslində Azərbaycandan kənarda uğur qazanan hər bir soydaşımızın dövlətimizin və millətimizin sərvətləri - istinadgahları hesab olunmalıdır. Dövlətlər, millətlər ayrı-ayrı ölkələrdəki adamlarının, cəmiyyətlərinin, dayaqlarının diasporalarının hesabına güclü olurlar və bu faktdır.
Ela düşmən Ermənistanın təcrübəsinə dayansaq, görərik ki, məhz güclü lobbiçilik və diaspora fəaliyyəti nəticəsində onlar öz yalanlarını dünyanın aktual problemi kimi təqdim edə biliblər. Yəni haqsız ola-ola haqlı durumda görünməklərinin əsas nədənlərinin başında məhz güclü diaspora işi və lobbiçilik gəlməkdədir.
Yazıqlar olsun ki, biz hələ də bu sahədə düşmənlərimizdən genəl olaraq ger qalmaqdayıq. Doğrudur, son illər müəyyən çabalar müşahidə olunur, Azərbaycan dövləti özünün maraqları olan ölkələrdə dayaqlarını formalaşdırmağa cəhdlər göstərir və buna nail olduğu yetərincə ünvanlar da var. Amma bu işdə əsas gücün dövlətin üzərinə salınması ən yanlış qənaətdir.
Əslində xaricdə yaşayan hər bir soydaşımız özünü Azərbaycanımızın elçisi, təmsilçisi kimi hiss etməyə məhkumdur. Əgər belə olarsa, təkcə onlar yox, həm də millət və dövlətimiz də faydalanmış olacaq. Bu cür düşüncələrin təşkilatlanmasının hesabına ərsəyə gələn istənilən bir iş Azərbaycanımıın maraqlarına xidmət etmiş olacaq.
Bildirək ki, bu gün Azərbaycandan kənarda yaşamasına rəğmən ölkəmizin adını ucada tutan yetərincə oğul və qızlarımızın var ki, onların zamanında təşkilatlanması milli maraqlarımız baxımından vacib hadisəsdir. Onlar zatən öz olduqları ünvanlarda uğur qazanmışlardır... Gərəkəni isə onların uğurlarından Azərbaycan dövlətinin ümumi maraqlarına da pay almaqdır. Necə ki bizlər dövlətimizdən faydalanmağı düşünürük, eləcə də dövlət bilərdən faydalanmalıdır...
Bu gün Azərbaycan dövləti adına Rusiyada külüng vuranlardan biri də Taleh Sədi oğlu Mahmudovdur. Kimdir bu adam? Təbii ki, bu gün Rusiyada yaşayan əksər soydaşlarımızın aqibətləri oxşardır. Taleh Mahmudov da Rusiyada bizneslə, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma onu tanıdacaq tək keyfiyyət bu deyil...
***
Rusiyanın Krasnoyarsk şəhərində yerləşən Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri, Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının prezidenti, idman ustası, Krasnoyarskda yerləşən Bərpaedici Terapiya Klinikası olan “Bionika”nın qurucusu və ən nəhayət Krasnoyarsk şəhər sovetinin deputatı olan Taleh Sədi oğlu Mahmudov 1961-ci ildə Ağsu rayonunda doğulub.
Orta məktəbi bitirdikdən sonra Bakıda Maliyyə-iqtisad texnikumundan məzun olan Taleh Mahmudov hərbi xidmətini Xabarovsk şəhərində keçib. 1982-ci ildən etibarən isə Krasnoyarsk şəhərində yaşayır... Əslində bu yaşayışı ilə o həm də Azərbaycanı yaşadır – desək, yanılmarıq... Ən azından onun bu gün Azərbaycan adına etdikləri, hər işində Azərbaycanın adını uca tutmağa çalışması və bir layiqli soydaşımız olaraq əldə etdiyi nailiyyətləri baxımından rahatlıqla deyə bilərik ki, Taleh Mahmudov həqiqi AZƏRBAYCANLIdır...
***
Taleh Mahmudov təkcə öz soydaşlarımızın könüllərini yox, həm də yaşadığı bölgənin – Krasnoyarsk vilayəti sakinlərinin də rəğbətini qazanmağa müvəffəq olub. Təbii ki, bu da asan başa gələn iş deyil. Məhz Taleh Mahmudovun fəaliyyətinin nəticəsidir ki, bu gün o, Krasnoyarsk şəhər sovetinin deputatı kimi fəaliyyət göstərir. Ona isə səs verənlər, ona etimad göstərənlər təbii ki, təkcə azərbaycanlılar deyil. Onu Krasnoyarsk ictimaiyyəti bu mərtəbəyə layiq görüb.
Taleh Mahmudov yəni öz fəaliyyəti nəticəsində yerli sakinlərin də etimadını qazana bilib. Bu gün Krsanoyarsk sakinləri ona özlərindən biri kimi güvənirlər. Məhz belə bir keyfiyyət sahibi olan soydaşımızın yaşadığı ünvanda uğur qazanması təbii ki, təqdirəlayiq, habelə qürurverici hadisədir.
***
Onun bu gün Azərbaycan adına etdiklərini sadalaya bilərdik... Elə bizimlə söhbətində bu məqamların qabardılmasını çox istəmədiyini sezdik. Amma bu barədə növbəti yazımızın yazılmasına qərar verdiyimizdən Taleh Mahmudovla bağlı detallı bilgiləri gələn səfərə saxladıq. Çünki Taleh Mahmudovun necə bir vətənpərvər spydaşımız olduğunu ifadə etmək üçün ifadələrin doğru-dürüst seçilməsi vacib şərtdir.
Əslində bu gün Azərbaycanda diaspora işinin yenidən quruculuğu müşahidə olunur. Lazım idi. Çünki Azərbaycanın Diasporalarla İş Üzrə Dövlət Komitəsinin əvvəlki dönəmlərdə özünü gərəkən şəkildə nümayiş etdirə bilməməsinin nəticəsidir ki, hələ də Rusiya kimi nəhəng ölkədə əslində geniş imkanlara malik olan Azərbaycan ciddi uğurlar əldə edə bilməyib.
Bunun nəticəsidir ki, öz imkanları, şəxsi bacarıq və keyfiyyətləri hesabına bu gün Rusiyada ciddi mövqelərə qədər yüksələn soydaşlarımız, elə həm də bu gün barəsində danışdığımız Taleh Mahmudov kimi qardaşlarımız Azərbaycana ürəklərində bağlı olmalarına baxmayaraq, Azərbaycanla yetərincə bağlara malik deyillər. Onlar Azərbaycan adına tanınsalar da, Azərbaycanda onları tanımırlar. Halbuki Taleh Mahmudov kimi soydaşlarımız bu ölkənin qeyri-rəsmi səfirləri, elçiləri olaraq uzun illərdir ki, milli maraqlarımız uğruna külüng vururlar.
Taleh Mahmudov kimi soydaşlarımızın təbii ki, Rusiyadakı diasporaımızın işində xidmətləri böyükdür və bu istiqamətdə sıx təmaslara malikdir. Elə bunun nəticəsidir ki, hər dəfəsində Taleh Mahmudov Heydər Əliyev Fondununun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın xüsusi dəstəyini də qazanıb. Özünün söylədiklərindən belə aydın olur ki, məhz bu dəstək sayəsində Taleh Mahmudov özündə Azərbaycan adına yeni uğurlar əldə edə bilməsi üçün əlavə güc-qüvvət hiss edib.
****
Bu gün o, olduqca çətin hesab olunası bir bölgədə Azərbaycan adını təmsil edir. Gücümüzdür, qüvvətimizdir... Uğruları uğurumuz, problemləri problemimiz olmalıdır. Əslində Azərbaycanda yenidən formalaşmaqda olan diaspora siyasətimizin başında dayanan Disaporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cənabları bu cür soydaşlarımızın güclərini dövlətimizin xeyrinə yönəltçəkdə maraqlı olmalıdır. İnanrıqı ki, bu belədir və belə də olacaq.
Çünki Fuad Muradov diaspora siyasətinin rəhbrəliyinə gətirildiyi ilk gündən xaricdə yaşayan soydaşlarımızla bağlı yenidən səfərbərlik etdiyini ortaya qoyub. Bəli, bu gün diaspora işimizdə bir SƏFƏRBƏRLİK ab-havası var. Və bu siyasətin hədəfi hər bir yüksəlişdə, zirvədə olan soydaşımızın uğrularını da cəmləşdirərək ümumi Azərbaycan adına xərcləməkdir.
Və bu siyasətdə ən uğurlu ƏSGƏRLƏRİMİZDƏN biri də məhz Taleh Mahmudovdur ki, onun Azərbaycan adına daha böyük işlər görəcəyinə yüzə-yüz əminik...(dia.az)
MilliYol.az