Misirli hərbi ekspert, istefada olan general Adil Süleyman hesab edir ki, İsrail Suriyaya S-300 kompleksi verilməsi barədə qərarın ləğvi və ya heç olmasa təxirə salınması üçün Rusiyanı inandırmağa çalışacaq
Onun sözlərinə görə, Rusiyanın Suriyaya S-300 kompleksləri verməsi barədəki qərarı «Suriya hökumətinin daxili mövqeyinə təsir göstərəcək, xüsusilə də İdlib məsələsində». Süleyman qeyd edib ki, strateji olaraq, «qərar İsrail və Suriya arasında hərbi balansı sonuncunun xeyirinə qismən dəyişəcək».
O, həm də əlavə edib ki, kompleksin verilməsi «cari mərhələdə oyun qaydalarına təsir göstərməyəcək».
«İsrail, adəti üzrə, qərarın ləğvi və ya heç olmasa, təzirə salınması barədə Rusiyanı inandırmağa çalışacaq, çünki sözügedən qərar müəyyən mənada, İsrailə tuşlanıb.
İsrail Rusiyanı inandırmağa çalışacaq ki, növbəti dəfələrdə ərazi və hədəfin seçilməsi üzrə koordinasiya məsələsində xeyli səliqəli olacaq» – deyə, ekspert bildirib.
Eyni zamanda, Süleyman Təl-Əviv tərəfindən gələcəkdə S-300-lərə zərbə endirilməsi imkanlarını da istisna etməyib. «İsrail gerçəkdən də bu sistemlərə hücum edə bilər. O, 45 il ərzində Livanda və Suriyada hava hücumundan müdafiə (HHM) sistemlərinə (bazalara və radar sistemlərinə) zərbə vurmağa adət edib» – deyə, ekspert bildirib. (azpolitika.info)
MilliYol.az