Həbsxananın qapısından çıxarkən cəmi 5 saniyə azadlığı dadmamış yenidən həbs edilib
Rusiya müxalifətinin lideri, prezident Vladimir Putinin və onun həyata keçirdiyi sosial-iqtisadi proqramların qatı tənqidçisi, Rusiyada korrupsiyanın kökünün kəsilməsini tələb edən Aleksey Navalnı 30 gün xüsusi islah həbsxanasında cəza çəkdindən sonra azadlığa buraxılıb. Lenta.ru xəbər verir ki, bu barədə Navalnının silahdaşı Leonid Volkov özünün "Tvitter" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Navalnı Rusiyanın inzibati Xətalar Məcəlləsinin 20.2 maddəsinin 4-cü bəndini pozduğuna – ictimai tədbir və yürüşlərin təşkilatçısı tərəfindən insan sağlamlığına və mülkiyyətinə zərər yetirildiyinə görə saxlanılıb və ona qarşı yeni cinayət işi açılıb.
İş üzrə məhkəmə Navalnı barəsində 20 günlük inzibati həbs, yaxud 300 min rubl cərimə və ya 200 saatlıq məcburi islah işləri görmək qərarı verə bilər. Açılan cinayət işində ittihamçı tərəf isə Navalnının təşkil etdiyi mitinqlərdə xəsarət alan polis əməkdaşıdır.
Qeyd edək ki, 9 sentyabrda Navalnının tərəfdaşları Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə kütləvi aksiyalar keçirərək Rusiyada pensiya yaşının artırılmasına, həmçinin prezident Vladimir Putin və onun hökumətinin fəaliyyətinə etiraz ediblər.
Onu da xatırladaq ki, namizədliyi Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edildiyinə görə, Aleksey Navalnı martın 18-də keçirilən prezident seçkilərinə qatıla bilməmişdi.(azvision.az)
MilliYol.Az