İsrail nəşri Əhvaz teraktı haqda
Eldad Bek
Israel Hayom (İsrail), 23.09.2018
82 milyonluq İranın ən önəmlıi etnik qrupu farslar olsalar da, bu dövlətin əhalisinin 40%-ə yaxını başqa milli azlıqların təmsilçiləridir. İranın şimalında azərbaycanlılar, qərbində kürdlər, şərqdə Pakistanla sərhəddə tükmənlər, gilanlar və ölkənin cənubi-qərbində İraq sərhədinin yaxınlığında inzibati mərkəzi İran-İraq savaşının 38-ci ildönümünün şərəfinə paradın gedişində terakt keçirilən Əhvaz olan Xuzistan əyalətindəki əsasən sünni ərəblər.
İraq diktartoru Səddam Hüseyn İranın islam inqilabının başlanğıc dövrünü yaşadığı 1981-ci ilin sentyabrında neft quyularıyla zəngin Xuzistan əyalətini ələ keçirməyi kəsdirdi. O buna ümid edirdi ki, yerli ərəb əhali onun tərəfində çıxış edər və planları gerçəkləşdirməyə imkan verər, lakin Tehrandakı terrorçu rejim İraq hücumlarına görə böyük qiymət ödəməklə onu dəf edə bildi.
Xuzistan əyaləti İran-İraq savaşından başqalarından daha çox əziyyət çəkib. Buranın sakinlərində “beşinci dəstə”ni görən İran rejimi Xuzistan əhalisini ən amansız şəkildə əzib və təhqir edib. 1999-da bütün əyalətin müstəqilliyinə nail olmaq qəsdilə Əhvazın azadlığı uğrunda hərəkat yaradılıb.
2013-də bu hərəkatın İran hökuməti və İİKK-ə qarşı çoxsaylı terakt həyata keçirən hərbiləşdirilmiş qruplaşması meydana çıxıb, habelə əyalətdəki neft obyektlərinə zərbə endirilib. Tehran rejimi hərəkatı terrorçu adlandırır və iddia edir ki, o, Səudiyyə Ərəbistanından maliyyələşdirilir. Əlbəttə, səudiyyəlilər bunu inkar edirlər. İran agentləri bir ilə yaxın əvvəl Hollandiyada hərəkatın qurucularından biri Əhməd Molla Nisini qətlə yetiriblər.
Əhvazdakı hərbi parad vaxtı terakta İran-İraq savaşının ildönümündə təkcə “qisas aktı” kimi deyil, həm də Tehranın “dəməşqli qəssab” Bəşər Əsədin tərəfindən Suriya qırğınına qarışmağa görə sünnilərin qisası kimi yanaşmaq lazımdır.
Tərcümə: strateq.az
MilliYol.az