Əməkdar artist Aygün Bəylər son günlər ağ saçları ilə diqqət çəkib
Axşam.az-ın nməlumatına görə, sənətçi “Şou ATV” verilişinə qatılıb. Sualları cavablandıran müğənni saçlarını rəngləməməsinin səbəblərini açıqlayıb:
“Sənətçinin əsl işi sənətlə məşğul olmaqdır. Arzuolunan qədər danışmamaq yaxşıdır. Bu sənətdə saç ağartdıq. Saç ağarmağı normal haldır. Biz xalqımız üçün yarandıq.
Başa düşürəm, gözəllik dünyanı xilas edir. Görüntülü gözəllik sənət adamlarına məxsusdur. Səsi olmasa da, söhbətindən, insanlığından zövq almaq mənim üçün gözəllikdir. Saç, görünüş gözəllik deyil. Qaraltdım, qızartdım, indi də ağardı saçlarım”.
A.Bəylər aparıcı Nanə Ağamalıyevanın "Hər zaman belə qısa görəcəyik saçlarınızı" sualına "Bəsdirin, 40-dan sonra dəyişməyəcəm" cavabını verib.
MilliYol.Az