Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Trend-in məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 1959-cu il təvəllüdlü Xanəliyev Çingiz Qabil oğlu həmkəndlisi Nəhmətov Famil Əşrəf oğluna məxsus evin talvarına şifer vurarkən ehtiyatsızlıqdan 6 metr hündürlükdən yıxılıb. Ç.Xanəliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...