“Çətin oyun oldu. Ancaq biz əlimizdən gələni etdik. Bəlkə də, bu gün bizim günümüz deyildi. Bu məğlubiyyət dünyanın sonu deyil. Belə matçlar bizim üçün yaxşı təcrübədi”
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Donald Gerrye Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə səfərdə 0:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, meydanda özünəinamlı çıxış etdiyini deyib:
“Bu gün meydanda özünəinamlı olduğum doğrudur. Məncə, bu, yaxşı xüsusiyyətdir. Baş məşqçimiz də məşqlərdə ustalığımı artırmaqda mənə çox kömək edir. Elə anlar olur ki, yaxşı oynayıram. Amma əsas məsələ komandamın qalib gəlməsidi. Komanda qalib olanda da, məğlub olanda da birlikdə olur. Futbol səhvlər üzərində qurulub. Etdiyimiz səhvlər bizi daha da öyrənməyə, növbəti matçlarda bunu təkrarlamamağa kömək olur. Artıq qarşıdakı matçlara köklənməliyik”.
D. Gerrye qrup mərhələsinin “Arsenal”la oyunu haqda da danışıb:
“Arsenal”la oyuna çıxıb, var gücümüzlə vuruşacağıq. Biz demirik ki, qələbə qazanacağıq. Ancaq bunu deyim ki, meydanda təslim olan komanda görməyəcəksiz”
MilliYol.Az