Avtosfer.az saytının yaydığı videoda F.Ələkbərovun ikinci İsmayıllı hadisələrini Bakının yaxınlığında-Sahil qəsəbəsində hazırladığı iddia olunur
Bildirilir ki, xalqın yolunu kəsib, dənizə çıxışını bağlayan Ələkbərovlar vaxtilə, İsmayıllıda xalqı dövlətə qarşı üsyan həddinə çıxartdı.
Belə ki, tarixə İsmayıllı hadisələri kimi keçən olaylar 23 yanvar 2013-cü ildə başladı. Füzuli Ələkbərovun oğlu Vüqar “Hammer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döydü. Rayon sakinləri buna mane olmağa çalışsa da, Füzuli Ələkbərovun oğlu və dostları İsmayıllı əhalisin
i söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döyüb və Ələkbərova məxsus olan Çıraq hotelini və Hammer markalı maşını yandırdılar. Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş etdilər.
Yalnız sərt tədbirlər nəticəsində xalq üsyanının qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Bir neçə ay sonra isə Vüqar Ələkbərovun atası Füzuli Ələkbərov da tutduğu vəzifədən uzaqlaşdırıldı.
Hazırda isə xalq Ələkbərovların əlindən Sahil qəsəbəsində cana doyub. Belə ki, F.Ələkbərov yaşadığı Sahil qəsəbəsini rəsmən iki yerə bölüb. “Primorski” də adlandırılan kiçik qəsəbə əslində Ələkbərovların Azərbaycana ikinci “İsmayıllı hədiyyəsi” olması mümkündür. Belə ki, qəsəbədə az qala hər daşın sahibi olmaqla bərabər dənizə gedən yolu “şlaqbaum”la kəsən Ələkbərovlar dənizi də rəsmən işğal ediblər. Belə ki, dənizin sahilində gəzmək istəyən insanlar gərək yüz metrə dənizə girərək, üzə-üzə sabiq nazirə məxsus “Batabat” restoranının ətrafından fırlansınlar, ya da tamamən qəsəbənin içinə doğru gedib, kilometrlərlə məsafə qət edərək, “Batabat”ın digər tərəfinə keçsinlər. Çünki nazirin restoranı Çin səddi kimi ərazini işğal edib.
Yəqin ki, dövlət Sahil qəsəbəsində insanların əsəbləri ilə oynayan, eynilə İsmayıllıda olduğu kimi sadə vətəndaşlara təhqiramiz münasibət sərgiləyən Ələkbərovların bu özbaşınalığına “dur” deyəcək və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də Xəzəri “batabat”a salan “Çin səddi”ni yerlə-yeksan edəcək. Bu bütün sahillilərin arzusudur.
MilliYol.Az