Yerevan tərəfindən heç bir müraciət olmayıb və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən güc tətbiq olunmasından söhbət gedə bilməz
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu KTMT-nın Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov Moskva-Yerevan-Minsk-Bişkek-Astana videokörpüsü zamanı Azərbaycan tərəfinin Ermənistanın Tavuş bölgəsini atəşə tutmasına qurumun reaksiyası ilə bağlı suala cavab verərkən deyib.
Dünən Ermənistan mətbuatı məlumat yayıb ki, Tavuşda Azərbaycanla sərhəddə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.
Onun sözlərinə görə, Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət olmayıb. O əlavə edib ki, bu şərtlər altında KTMT-nın güc tətbiqindən söhbət gedə bilməz.
Sidorov ümid etdiyini bildirib ki, münaqişə tərəfləri bu məsələnin sülh yolu ilə həllini özləri tapacaqlar: “Bu gün münaqişə tərəfləri bu məsələni özləri həll etməlidirlər”.
MilliYol.Az