Uşaqları zorakılığa məruz qalmış 4 valideynə rayon icra hakimiyyətləri tərəfindən qısamüddətli mühafizə orderi alınıb
Zorakılığa məruz qalmış uşaqların 22-si döyülüb.
Bu barədə virtualaz.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.
Nazirliyin sifarişi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım mərkəzi 113 nəfərə yardım göstərib. Uşaqların 22-sinin fiziki, 5-nin cinsi, 30-nun psixoloji, 9-nun isə iqtisadi zorakılığa məruz qaldığı müəyyənləşdirilib. Boşanma ərəfəsində olan 6 ailənin üzvünə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.
Məktəb yaşına çatmış 12 uşaq məktəbə hazırlıq proqramı üzrə kurs keçib, 6 uşaq bağçaya yerləşdirilib, 7 uşağa ilkin tibbi yardım göstərilib və müalicələrinin davamı üçün tibb müəssisələrinə yönləndirilib. İki ananın 4 uşaq ilə birlikdə sığınacağda məskunlaşması təmin olunub. Risk qrupuna aid edilən valideynlərdən 4 nəfəri işlə təmin edilib.
MilliYol.Az