Ermənistan baş naziri Nikol Paşinyanın son bir ayda dəfələrlə Azərbaycanın işğal altında olan torpaqlarına – Qarabağ bölgəsinə gəlib-getməsinin arxasında nə dayanır? Paşinyanın bu addımları nəyə hesablanır?
Ermənistan baş naziri Nikol Paşinyanın son bir ayda dəfələrlə Azərbaycanın işğal altında olan torpaqlarına – Qarabağ bölgəsinə gəlib-getməsinin arxasında nə dayanır? Paşinyanın bu addımları nəyə hesablanır?
Məsələ ilə bağlı Modern.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Paşinyan azalan nüfuzunu artırmaq üçün yeni strategiya qurur.
“Paşinyanın son zamanlar atdığı addımları analiz etdikdə belə qənaətə gəlmək olur ki, işğal olunmuş ərazilər demək olar Ermənistandakı “Qarabağ klanı”nın nüfuzu dairəsinə daxil idi və yeni baş nazir orada öz imkanlarını genişləndirmək üçün bölgəyə diqqəti artırmağa başlayıb. İkincisi, onun daimi Azərbaycan istiqamətinə ünvanlanmış provakasiya xarakterli bəyanatları onu göstərir ki, Paşinyan bizi hansısa addımlara təhrik eləmək istəyir. Paşinyanın məqsədi ondan ibarətdir ki, xarici bir düşmən obrazı ilə daxildə olan çəkişmələri, gərginliyi aradan götürsün. İçəridə olan bölünmə, yəni ermənilər və qarabağlılar arasında olan gərginliyi Azərbaycan tərəfinə istiqamətləndirsin. Bu yolla Ermənistan ictimaiyyətini birləşdirib hakimiyyəti daha da gücləndirmək istəyir. Paşinyanın strategiyası təxminən bundan ibarətdir.
Eyni zamanda strategiyanın üçüncü hissəsi də var və artıq Paşinyan başa düşür ki, Rusiya Ermənistana hərbi əməliyyatlarda kömək etməyəcək. Bu baxımdan indiki mərhələdə hərbi əməliyyatların bu və digər yolla bərpa olunmasına nail olmaq və Rusiyanı kənarlaşdırmaq istəyir. Eyni zamanda, onun planı Rusiyanın “Qarabağ klanı”na dəstəyinini aradan qaldırmaqdıtr. O, hər bir addımı ilə Azərbaycan ictimaiyyətinə təsir etmək istəyir. Çalışır ki, Azərbaycan ictimaiyyəti daha da kəskin şəkildə ouna etirazını bildirsin və hakimiyyət məcbur olub Ermənistana qarşı ciddi tədbirlərin görülməsini, vacibliyini hiss eləsin”.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi bunu başa düşərkən elə şərait yaratmalıdır ki, Ermənistanda daxili siyasi böhran daha da dərinləşsin.
“Ermənistanda böhran daha da dərinləşəndə Azərbaycan uyğun vaxt seçib işğalçılara ciddi zərbə vurmalıdır. Bunu həm Ermənistanda, həm də Azərbaycanda yaxşı başa düşürlər. Vasitəçilər də bunun fərqindərirlər”.
T.Zülfüqarov deyib ki, Ermənistan xalqı Paşinyanın verdiyi vədlərə əməl etməsini gözləyir:
“Onun verdiyi vədləri yerinə yetirməsi mümkünsüz olan şeylərdi. Ona görə də Paşinyan Azərbaycanla bağlı bəyanatlar verərək, tərəfdarlarının azalmasının qarşısını almaq istəyir”.
Eks-nazir bildirib ki,Ermənistanda hazırda müxalifətdə olan keçmiş iqtidar nümayəndələrinin nüfuzu həddindən artıq güclüdür.
“Rusiya Koçaryanı hər zaman sadiqlik nümayiş etdirən bir fiqur kimi, müxalifətin başçısı kimi öz əlində saxlayır. İndi sızan məlumatlara görə, güya Moskvada Putin Paşinyanla görüşərkən ondan Sarkisyan və Koçaryanla danışıqlar aparmağı istəyib. Bu, qarşıdurmanı daha da gücləndirəcək. Yəni cəmiyyətin bölünməsi istiqamətində artıq lazımi addımlar atılıb”.
MilliYol.Az