Sentyabrın 19-da Ermənistan Polisi Yerevan Şəhər Şurasına seçkidə iştirak haqqı olan şəxslərin siyahısını açıqlayıb
Novator.az-ın məlumatına görə, rəsmi siyahıda səsvermə hüququ olan 848 min 343 nəfərin adı yer alır.
Sentyabrın 23-də keçiriləcək seçkidə 12 ictimai-siyasi qüvvə iştirak edir. Proporsional üsulla seçilən 65 yerlik Şəhər Şurasında mandatların yarıdan çoxunu götürən qüvvənin siyahısına başçılıq edən şəxs mer postunu tutacaq. Heç bir qüvvə mandatların yarıdan çoxunu əldə etməsə, meri Şəhər Şurası seçəcək.
Partiyalar Şəhər Şurasında təmsil olunmaq üçün azı 6 faiz, bloklar 8 faiz səs toplamalıdır.
Armeniasputnik.am saytının mer postuna iddia edən namizədlərlə bağlı internet sorğusunda baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku öndədir: 35,4 faiz. Bu blokun namizədlərinin siyahısında Ayk Marutyan birincidir.
Qalan iddiaçılar belə sıralanır:
Daşnaksütun Partiyası (siyahısına Mikael Manukyan başçılıq edir) –19,7 faiz
Çiçəklənən Ermənistan Partiyası (Naira Zöhrabyan) –14,3 faiz
İşıq bloku (Artak Zeynalyan) – 7,4 faiz
Əriklər Ölkəsi Partiyası (Zarui Postancyan) – 6,3 faiz
Yerevan ictimaiyyəti bloku (Anait Tərxanyan) – 4,2 faiz
İrs Partiyası (Raffi Ovannisyan) – 3,1 faiz
Yerevanlılar bloku (Ararat Zurabyan) – 2,7 faiz
Qanunçuluq Ölkəsi Partiyası (Mger Şahgeldyan) – 2,4 faiz
Demokratik Yol Partiyası (Manuel Qasparyan) – 1,8 faiz
Ayk Partiyası (Gevorq Ovsepyan) – 1,8 faiz
İslahatçılar Partiyası (Artak Avetyan) – 0,9 faiz.
MilliYol.Az