“Əslində, bu, Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə qəsddir ki, Rusiyadan müəllim dəvət edirlər”
Ötən il keçmiş təhsil naziri Mikayıl Cabbarovun ölkənin 50 ümumi təhsil müəssisəndə həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi ilə bağlı əmr verməsi rus bölməsində müəllim çatışmazlığı yaradıb. Yeni dərs ili başlamazdan öncə, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva mətbuata açıqlamasında deyib ki, “Son dörd ildə həm rus bölməsi, həm də Azərbaycan bölməsinə müsabiqə yolu ilə qəbul aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb”.
Onun sözlərinə görə, rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəblərə müraciət edir və nəticədə sıxlıq yaranır: “Bu da bizi narahat edir. Bununla bağlı Təhsil Nazirliyi qarşısında təkliflərlə çıxış edəcəyik”.
M.Vəliyeva bildirib ki, bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır: “Kadr çatışmazlığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, əlavə siniflərin açılması mümkün deyil. Rus bölməsi üzrə çıxarılan vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər”.
Rusiya Federasiya Şurasının elm, təhsil və mədəniyyət üzrə Komitəsi sədrinin müavini Liliya Qumerovnın “Parlamentskaya qazeta”ya verdiyi məlumata istinad etsək, Rusiya Azərbaycana rus dili müəllimləri göndərə bilər.
Komitə sədri bildirib ki, parlament görüşləri çərçivəsində keçmiş SSRİ respiblikalarına edilən səfərlər zamanı rusiyalı müəllimlərin, habelə dərs vəsaitlərinin göndərilməsi mövzusu həmişə gündəmdə olub.
L.Qumerova qeyd edib ki, bu cür layihələrə Azərbaycan və Qırğızıstanda maraq göstərilib.
Qeyd edək ki, sentyabrın 1-dən Tacikistan məktəblərində rusiyalı müəllimlər dərs deyəcək. Bu layihə artıq ikinci ildir reallaşdırılır.
Azərbaycanda rus dilində tədrisin özünün səhv bir addım olmasına rəğmən, rus dilli müəllimlərin Rusiyadan göndərilməsi ikiqat səhv bir addımdır. Maraqlıdır ki, ölkədə rus dilində tədrisin yaxud Rusiyadan müəllim gətirilməsi kimi təkliflərin arxasında nə kimi niyyətlər dayanır? Bu və digər suallarımıza ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq:
Rusiya xarici dövlətdir və dünyanın heç bir ölkəsində xarici dövlətdən müəllimlər dəvət edib, həmin müəllimlərin dərs deməsi nümunəsi yoxdur. Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunub. Ona görə, Azərbyacanda heç bir dövlət müəssisəsi, o cümlədən məktəblər rus dilində dərs keçə bilməzlər. Bu, Konstitusiyaya ziddir. Milli təhlükəsizlik obyektlərinin biri də təhsil sistemidir. Yəni təhsil sadəcə olaraq insanlara elm öyrətmir, həm də vətəndaş, dövlətin suverenlik və müstəqiliyinin müdaifə edən insanlar yetişdirir. Rus dili öyrənmək başqa şeydir, rus dilində təhsil başqa şeydir. Rus dilində təhsil Azərbaycanın müstəqiliyinə və suverenliyinə zidd bir hərəkətdir. Faktiki olaraq rus dilində təhsilin təşkil edilməsi Azərbaycanda yenidən rusbaşlılar ordusunun yaradılması və Rusiyanın burada maraqlarının müdafiə edən bir kütlənin meydana çıxarılması məqsədi güdür. Başqa sözlə, Azərbaycanı yenidən Rusiyanın tərəfindən işğal edilməsinə zəmin hazırlanır. Heç təsadüfi deyil ki, rus dili məktəbi ideyası paralel olaraq 4 mühüm məsələ ilə bir yerdə inkişaf etdirilir. Onların biri Xəzərin statusu məsələsidir. Xəzərin statusu beynəlxalq hüquqa zidd olaraq Rusiya tərəfindən Azərbaycana təzyiqlə imzalandırılıb. Biz partiya kimi bu müqavilələri tanımırıq. Çünki bu, Rusiyaya Xəzərdə ordu saxlamaq hüququ verir. İkincisi, bəzi kommunistlərin övladları yenidən atalarının yolu ilə gedib, Azərbaycanı Rusiyanın boyundurğuna salmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviəsi Təşkilatına üzv olmaq məsələsini səsləndirirlər. Üçüncüsü, Rusiya ilə bizim xalq arasında tarixən düşmənçilik olub. “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələri imzalanıb. O müqavilələrdən sonra Şimali Azərbyacan Rusiya tərəfindən işğal və ilhaq olunub və o işğal dövründə ruslar bizim xalqımıza qarşı genosid siyasəti aparıb. Məsələn, 30 mart qırğını, 37-ci il ziyalılarımızın qırılması, Sovet hökuməti dövründə 20 Yanvar, Xocalı hadisələri bütün bunlar rusların bizim qalqımızın başına açdığı oyunlardır, genosiddir. Eləcə də Bakıda metroların, avtobusun partladılması, Ağdamda hərbi hissənin partladılması zamanı 200 əsgərin öldürülməsinin qanı da rusların üzərindədir. Bu qədər qan tökmüş Rusiya ilə hər hansı bir ittifaqdan söhbət gedə bilməz. Ona görə, indi Hacı Əbdül kimi özünü bilməzləri çıxarıblar ki, sən demə, Xocalını azərbyacanlılar özləri törədib, vertalyotu azərbaycanlılar özləri vurub. Biz azdan deyəcəklər 20 Yanvarı da, 30 mart qırığının da bizimkilər törədib. Rusiyaya bəraət vermək, bununla onların xalqımıza qarşı apardığı cinayətləri gizlətmək və Rusiya ilə yaxınlaşmaq siyasəti aparılır. Digər tərəfdən isə guya, Dağlıq Qarabağın bəzi rayonlarının Azərbaycana qaytarılması müqabilində rus qoşunlarının Qarabağa gətirilməsindən söhbət gedir. Yəni ortalıqda görsənir ki, bir neçə cəbhəboyu Azərbyacanı yenidən Rusiyanın imperiya maraqlarının təsir dairəsinə salmaq istəyən qüvvələr var. Bunlar aktivləşiblər. Təsəvvür edin ki, görün, ictimai rəylə necə oynayırlar ki, Azərbaycan xalqını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tamahlandırmaq üçün deyirlər ki, ermənilər imkan verməz biz ora girək, veto hüququ qoyacaq. Ermənilər oradan çıxır, biz tez gedək ora girək. Bunlar hamsı rus-erməni oyunudur ki, Azərbyacanın başına açmaq istəyirlər. Qarabağı indi bizdən qoparda, çox ciddi təzyiq edə bilmirlər. Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına üzv olandan sonra Azərbyacana istənilən diktəni edəcəklər. Ona görə də Azərbaycan Demokrat Partiyası olaraq biz Rusiya ilə qarşlıqlı faydalı əməkdaşlıqdan kənar hər hansı bir ittifaqın, müttəfiqliyin qəti əleyhinəyik. O cümlədən, Azərbaycanda rus dilində təhsil təşkil edilə bilməz. Bu, Konstitusiyaya ziddir, cinayətdir. Bu yaxınlarda Təhsil Nazirliyinin iştirakı ilə bir konfrans keçirilib. Bakı Şəhər Təhsil Şöbəsinin müdiri çıxıb deyib ki, bizdə rus dilində təhsil verən müəllimlər olmadığına görə rus sektoru bağlanır, biz gərək Rusiyadan müəllim gətirək. Adama deyərlər ki, sən kimsən? Hansı Konstitusiya əsasında Azərbaycan dövlət məktəblərində rus dilində təhsil həyata keçirirsən? Azərbaycanda cəmi 1 faiz rus var. O rusların da borcudur ki, Azərbaycan dilində təhsil alsın. Əgər söhbər burada rus məktəblərinin yaradılmasından gedirsə, onda Rusiyada 2 milyon azərbaycanlının təhsil alması üçün Rusiyada da Azərbaycan məktəbləri açılmalıdır. Moskvada da Azərbaycan dilində universitet olmalıdır. Əgər ruslar Moskvada Azərbaycan dilində universitet açarlarsa, azərbaycanlıların kompakt yaşadığı yerlərdə Azərbaycan dilində təhsil verən dövlət məktəbləri açılarsa, onda Azərbaycanda da rus məktəbləri açılsın. Sənin nə ixtiyarın var ki, Konstitusiyasnı pozursan? Bütün bu çağırışların hamısı cinayətdir. Konstitusiya Məhkməsi buna münasibət bildirməlidir. Resbulika Prokrorluğu bu adam haqqında cinayət işi qaldırmalıdır. Əslində, bu, Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə qəsddir ki, Rusiyadan müəllim dəvət edirlər. Sən öz müəllimlərini işlə təmin edə bilmirsən. 10 minlərlə müəllim işsizdir, durub, deyirsən ki, Rusiyadan müəllim gətir. Sən kimsən? Bakı Şəhər Təhsil Şöbəsinin müdirinin hərəkəti göstərir ki, o, öz yerində deyil və millətə xəyanət edən bir adamdır.
- Rus dilinin ölkədə tədris olunmasında, inkişafında “Beçinci kolon”un rolu nə dərəcədədir?
Təbii “beşinci kolon”un rolu var. Dil məsələsi siyasi məsələdir. İnsanlar hansı dildə təhsil alır, hansı dildə düşünürlərsə, o dövlətin maraqlarına xidmət edirlər. Vaxtilə Mahatma Qandi deyirdi ki, ingiliscə təhsil alan bütün hindlilər, bu dildə danışanlar faktiki olaraq kraliçanın buradakı təbəələridir və İngiltərə imperiyasının təmsilçiləridir. Baxmayaraq ki, o, özü də ingilis dilində təhsil almışdı. Amma inglis dilində tədrisin əksinə idi. Bu gün bizdə o adamlar rus dilinin tədrisini tələb edirlər ki, onlar Azərbaycanın yenidən Rusiya tərəfindən işğalına zəmin hazırlayırlar.
- Bizdən fərqli olar keçmiş MDB məkanına daxil olan Gürcüstanda və Ermənistanda rus dili sıxışdırılıb, sıradan çıxarılıb...
-Ermənsitanda nəinki rus dilinin sıxışdırılıb sıradan çıxarılması, heç bir nəfər rus da yaşamır. Baxmayaraq ki, bizim ərazilərdən Rusiya Ermənistan dövləti yaradıb, Qarabağ məsələsində onların yanındadır. Ermənsitanın dövlət büdcəsinə də Rusiya tərəfindən pul verilir. Eyni zamanda silah verilir. Ermənistan Rusiya tərəfindən hər cür dəstəklənir. Yenə də ermənilər rus dilində nə təhsil həyata keçirirlər, nə də bir rusu öz ərazilərində yaşamağa qoyublar. Eləcə də Gürcüstanı götürək. Gürcüstanda ümumiyyətlə, rus dilində danışanda cavab vermirlər. Belə bir vəziyyətdə Azərbaycanda rus dilində təhsil məsələsinin gündə çıxması göstərir ki, bu adamlarda həm də milli şüur, təəssüb hissi yoxdur. Sən erməni və gürcü qədər düşünə bilmirsən?! Rus da, gürcü də, erməni də xristiandır. Nə əcəb bu xristian respublikaları rus dilindən imtina edirlər, öz ərazilərində rus məktəblərini bağlayırlar?! Gürcüstanda bir dənə rus məktəbi var? Sən nəyə görə Azərbaycanda rus məktəbləri açmalısan? Biz müsəlmanıq, türkük. Bizim rusla nə kimi əlaqəmiz var? Əlbəttə, bu, onu göstərir ki, Gürcüstanda və Ermənsitanda daha çox milli hökumət var, nəinki Azərbaycanda. Bu, həm də hökumətimizin, hakimiyyətdəkilərin milli qüvvələr olmadığının sübutudur. Bunlar Azərbaycan dövlətinin rəsmi Konstitusiyasına zidd olaraq istəyirlər ki, burada rus təhsili həyata keçirsinlər.
- Dediklərininzdən belə anlaşılır ki, dövlət dil siyasətini düzgün həyata keçirmir.
- Ümumiyyətlə, dövlətin dil siyasəti yoxdur. Azərbaycan dövlət dili ilə bağlı həm Konstitusion müddəa var, həm də İlham Əliyev dəfələrlə sərəncam verib. O sərəncama məhəl qoyan yoxdur. Məsələn, Bakıda bir dənə Azərbaycan dilində reklam yoxdur. Mən seçkilərdə də dedim. Hətta bir məhkəmə rus dilində hökm çıxarıb. Cavabdeh, iddiaçı azərbaycanlı olduğuna baxmayaraq, hakimin biri rus oluğuna görə, Azərbaycan hökuməti adından çıxarılan qərar rus dilində çıxarılıb. Son vaxtlar adlığımız məlumata görə, dövlətdə işə götürəndə rus dilini bilməyi şərt kimi tələb edirlər. Orta məktəblərdə valideynlərə təzyiq edirlər ki, uşaqlarını aparıb rus məktəblərinə qoysunlar. Heç kəs uşağını rus məktəbinə qoymur. Ancaq təzyiq edirlər, sonra da deyirlər ki, rus dilində müəllim yoxdur, Rusiyadan müəllim gətirək. Sən Azərbaycandakı müəllimləri işlə təmin etdin, ay Bakı Şəhər Təhsil Şöbəsinin müdiri, indi də Rusiyadan müəllim gətizdirirsən? Sən kimsən ki, Rusiyadan bura adam dəvət edirsən?
- Rusiya tərəfində də məlumat var ki, Azərbyacanda rusdilli müəllimlərə ehtiyac var.
- Bunlar bir-bir ilə əlaqəli işləyirlər. Göstəriş verirlər ki, belə bir kampaniya aparın. “Beşinci kolon” Rusiya tərəfindən idarə olunan insanlardır. Azərbaycanda bir dövlət dli var, bizim rus dilinə nə ehtiyacımız var? Bütün dünyada 4 beynəlxalq dil var: inglis, ispan, fransız, Hind-Çin yarımadasında işlənən putunxua dilidir. Rus dili beynəlxalq dil deyil. Ruslar özləri inglis dilində oxuyur. Xeyir ola, ruslar ingilis dilində oxuyur, biz rus dilində oxuyaq?! Bütün dünya ruslardan üz döndərir, Azərbaycan hökuməti təzədən gedib Rusiyanın quyruğuna bağlanmaq istəyir.
- Rusiyalı müəllimlərin gəlməsinin başqa nə kimi təhlükəsi var?
- Tutaq ki, rus müəllimləri gəldi. Rusiya Konstituisyasına görə Rusiya vətndaşlarının hüquqları pozulanda rus qoşunları müdaxilə edəcək. Hamısı əxlaqsız şeydir. İki rus qızının dalınca oğlanlar düşəcək, dava düşəcək. Bir də baxdın rus qoşunu Bakıdadır. Nə var-nə var rus qızlarına təzyiq edirlər, zorlayırlar. Sən rus müəllimi niyə bura gətirməlisən? Mən başa düşə bilmirəm. Rusun burada nə işi var? Rusun öz vətəni yoxdur? Burada rus yoxdursa, rus müəllimi bura nəyə gəlir? Sən Azərbaycan uşağını zorla ruslaşdırmaq istəyirsən? Kim öz uşağına rus dilində təhsil vermək istəyir, Rusiyaya göndərsin. Sən niyə rus məktəbini Azərbaycana gətirmək istəyirsən? Azərbaycanda rus dilinin təzədən qaldırmaq istəyirsən? Bizim yadımızdan Xocalı soyqırmı, 20 Yanvar, 30 mart qırğını nə tez çıxıb?! Şəhidlər xiyabanı ağzınacan cavan oğlanların qəbrləri ilə doludur. Bunları ruslar öldürdü də. Gəldilər, metronu partlatdılar, 350 adam öldü. Bu, yadınızdan çıxıb? Bu insanların qanı burada rus təhsilini təbliğ edən, Rusiya ilə ittifaqa gedən adamların nəslinin üzərindədir, məsuliyyəti onlar daşıyır.
- Dövlət dilinin qorunması üçün hökumət hansı tədbirləri görməlidir?
- Dövlət dilinin qorunması ilə bağlı qanun da, sərəncamlar da var. Birncisi, Azərbaycan Konstitusiyasına uyğun olaraq dövlət müəssisələrində, o cümlədən təhsil sistemində Azərbaycan dilindən başqa dilin işlədilməsi qadağan olunmalıdır. Dövlət müəssisəsində rus dilində təhsil ola bilməz. Sən Azərbaycan kəndlisindən vergi alıb, gətirib burda Rusiyaya agent tərbiyə etmək istəyirsən? Sən kimsən ki, dövlət büdcəsindən rus dilində təhsil təşkil edirsən? Azərbaycan xalqı sənə ona görə vergi verir ki, yadelli ölkələrin burada təbliğatçılarını yetişdirəsən? Azərbaycan məktəbi, Təhsil Nazirliyi Azərbaycan xalqına və dövlətinə xidmət edən insan yetişdirməlidir, daha Rusiyaya xidmət edən yox. Dil öyrənmək başqa şeydir, dildə təhsil almaq başqa şeydir. Kimsə rus dilini öyrənək istəyir, öyrənsin, amma rus dilində təhsil nə deməkdir tarix rus tarixi, çoğrafiyası, mədəniyyəti, əxlaq olacaq. Deməli, sən burada rus yetişdirmək istəyirsən. Biz hələ bunların dədələrinin Azərbaycanın başına açdığı oyunlardan yaxa qurtarmamış indi balaları başlayıb, quyruq bulayırlar ki, gəlin, gedək Rusiyanın tərkibinə girək.
MilliYol.Az