Mehmet Acet – Haber7.com
Müxaliflər ilə rejim qüvvələri arasında tərksilah edilmiş bir bufer zona yaradılacaq, Türk və Rus əsgərləri bölgədə birgə patrul xidməti yerinə yetirəcək.
Srağagün Soçidəki Putin-Ərdoğan zirvəsindən çıxan ən mühüm nəticə bu oldu.
Bir ay əvvəl İdlib masası qurularkən kartların açıldığı tənliyi gözümüzün önünə gətirsək, zirvədən çıxan bu qərarın Türkiyə üçün ciddi bir nailiyyət olduğu ortaya çıxar.
7 sentyabrda keçirilən Tehran sammiti zamanı prezident Ərdoğanın təzyiqi ilə, İdlibin timsalında yaranan bədbin ssenarilər yerini ehtiyatlı bir optimizm atmosferinə buraxmışdı.
Soçi görüşü bitdikdən sonra Rusiya Müdafiə Nazirliyinin verdiyi "İdlibə hərbi əməliyyat olmayacaq" açıqlaması, Əsəd əleyhdarlarının son sığınacaq yeri olan bu şəhərdə yaşayan 3,5 milyon insana rahat bir nəfəs aldırdı.
Türkiyəyə 1000 kvadrat kilometrlik bir sahə təklif edilib
İdlib müqaviləsinin Türkiyə üçün qiymətini anlamaq üçün bir ay əvvələ qayıdıb, haradan, hansı nöqtəyə gəldiyini xatırlamaq yetərli ola bilər.
Dəməşq rejimi şəhəri üç tərəfdən ağır silahlarla mühasirə etmiş, Rusiya, əməliyyata mane olacaq tək variantın silahların təhvil verilməsi olduğunu elan etmişdi.
İdlib danışıqlarının tam göbəyində yerləşən bir mənbədən aldığımız məlumatlara görə, o günlərdə Türkiyəyə belə bir şey təklif edilmişdi:
"Türkiyə sərhədində 1000 kvadrat kilometrlik sahəni sizin nəzarətinizə qoyaq, gerisinə qarışmayın".
Bu məlumatı verən mənbəyə Ankaranın buna cavabının nə olduğunu soruşdum.
"Rədd edilib" cavabını aldım.
Bu təklifin rədd edilməsinin səbəblərini də anlaya bilirik.
İdlibə qarşı havadan, qurudan başlayacaq bir əməliyyatın, daha əvvəl Hələb və Guta-da nümunələrini gördüyümüz “Çeçenistan-Qroznı” modelindən fərqi olmayacaqdı
Yəni İdlib daş dövrünə dönəcəkdi.
Bunun bir başqa nəticəsinin böyük bir qırğın və yüz minlərin Türkiyə sərhədinə doğru köç etməyə başlaması olduğunu da hər kəs bilirdi.
Ərdoğanın təkidi, Putin yanındakı nüfuz kreditini sonuna qədər istifadə etməklə hər şeydən əvvəl böyük bir insanı qırğının qarşısına keçmiş oldu.
İdlibdən sonra növbə Afrin və Fərat qalxanı bölgəsinə gəlməlidi
Soçi razılaşmasının nailiyyətləri bu dediklərimizdən ibarət deyil.
Ankaranın İdlibdə müqavimət göstərməsinin fonunda Türkiyənin təhlükəsizliyini yaxından məşğul edən mühüm bir səbəb də var.
Ruslarla danışıqları aparan qrupda yer alan bir şəxsin ifadəsində "İdlib düşsəydi, o zaman növbə Afrin və “Fərat Qalxanı” bölgəsinə gəlməli" deyə, fikir yer alırdı.
Belə ki, Ruslar Türklərlə əvvəlki görüşlərində bu tələbi də açıq şəkildə gündəmə gətirmişdi
İdlib razılaşması ilə Afrin və “Fərat Qalxanı” nailiyyətlərini da qoruma altına alınmış oldu.
Həmçinin, Putinin Ərdoğanın təkliflərinə qulaq asması, Dəməşq rejiminin Suriya torpaqlarının qalan hissəsini ələ keçirmək istəyini də qurşağında qoymuş oldu.
Rusiya ilə aparılan danışıqlar yolunun içində yer alan mənbədən "Türkiyənin Suriyanın timsalında yekun çıxış strategiyası nədir" deyə, bir sual daha soruşdum
Belə bir cavab gəldi
"Konstitusiya işləri bitəcək, siyasi həll inkişaf etdiriləcək, seçkilər keçiriləcək. Bu proseslər başa çatmadan Türkiyənin Suriya ərazisindəki varlığından imtina etmək söz mövzusu olmayacaq".
Soçi razılaşması kimləri narahat etdi?
Əslində problemin cavabını həmin günün axşamında görmüş olduq.
Ərdoğan və Putinin mətbuat qarşısına keçib varılan razılığın çərçivəsini açıqlamasından dərhal sonra nələr baş verdiyini bilirik.
Xama, Xüms, Lazkiyə və Banyasta rejimə aid bazalara edilən İsrail hücumlarının Soçi razılaşmasına cavab olduğu çox açıq idi.
Üstünə bir də bu hücumlara qarşılıq verməyə çalışan Suriya hava müdafiə sisteminin bir Rus təyyarəsini səhvən vurub, 15 Rus əsgərinin ölümünə yol açması hadisəsi gəldi.
Bütün bunların çox açıq bir izahı var:
ABŞ və Qərb bloku, Türkiyə ilə Rusiya arasında “Fərat Qalxanı” günlərindən bu günə qədər gedən prosesdə yaranan əməkdaşlıq mühitinin İdlibdə pozulacağını düşünmüşdü.
Bu birliyi pozmaq üçün daha əvvəl də beldən aşağı vuruşların olduğunu bilirik.
Amma həm Rusiya, həm də Türkiyə tərəfində yaranan "yüksək diqqətlilik” təxribat təşəbbüslərini nəticəsiz qoydu.
Və Soçi anlaşması ilə bu ümidlər bir başqa bahara təxirə salınmış oldu.
Fərqinə yeni vardığımız nöqtə, iki ölkə arasında yaranan əməkdaşlıq mühitinin bu narahatlıq dozasının hansı səviyyələrə gəldiyini ortaya çıxarması oldu.
MilliYol.Az