ABŞ prezidenti Donald Tramp Rusiyanın İl-20 təyyarəsinin Suriyada vurulmasını “kədərli hadisə” adlandırıb
Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.
“Mən bu insidentlə bağlı bir az əvvəl məlumat aldım. Mənim üçün bu, belə görünür: fakta söykənsək, təyyarəni Suriyanın vurduğunu deyə bilərik”, - Tramp bu fikirləri Polşa prezidenti Ancey Duda ilə birlikdə Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qəza zamanı azı 14 rusiyalı hərbçi ölüb.
“Və bu, çox kədərli hadisədir”, - o əlavə edib.
ABŞ prezidenti bu hadisəyə görə məsuliyyəti Dəməşqin üzərinə atıb.
Xatırladaq ki, sentyabrın 17-si Moskva vaxtı ilə 23:00-da Rusiyaya məxsus İl-20 təyyarəsi Suriya üzərindən uçan zaman radarlardan itib. Həmin vaxt İsrailə məxsus dörd ədəd F-16 qırıcıları Latakiyanı bombardman edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə S-200-dən atılmış raketlə vurulub. Hadisə zamanı 15 rusiyalı hərbçi ölüb.
MilliYol.Az