Biznesmen Aya səfər etməyin çoxdankı arzusu olduğunu bildirib
İlon Maskın rəhbəri olduğu "SpaceX" şirkəti Aya ilk səfər edəcək turistin adını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin şəxs 42 yaşlı yaponiyalı milyarder Qusaku Maedzavadır.
Maedzava " Zozotown" online geyim mağazasının rəhbəridir. "Forbes" jurnalına görə, onun sərvəti 3 milyard dollar dəyərində qiymətləndirib.
Biznesmen isə öz növbəsində Aya səfər etməyin çoxdankı arzusu olduğunu bildirib.
Qeyd edək ki, Aya ilk turistin 2018-ci ilin sonlarında göndərilməsi planlaşdırılsa da, bu 2019-cu ilin ortalarına qədər təxirə salınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...