"Rusiyanın hərbi kəşfiyyat təyyarəsi Suriya səmasında bu ölkənin raketi ilə vurulub, ancaq Moskva İsraili günahkar bilir. Çünki, Moskvanın iddiasına görə, İsrail hərbi təyyarələri Suriyanın Hava Müdafiə Qüvvələrini qəsdən çaşdırıblar"
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki. İsrail vurulan təyyarəyə görə Moskvadan üz istəməyib, əksinə deyib ki, baş verən hadisəyə görə İran və “Hizbullah” günahkardır:
“Məsələ burasındadır ki, İsrail təyyarələri İranın Suriyadakı mövqelərini bombalamaq məqsədilə havaya qalxıblar. Rusiya Müdafiə Nazırliyi açıqlama verərək, İsrailə qarşı adekvat addımlar atacağının anonsunu verib. Suriyadakı müharibəyə rəğmən, Rusiya-İsrail münasibətləri bu günə qədər normal idi, Rusiya Prezldenti Vladimir Putinin il ərzində ən çox görüşdüyü liderlərdən biri İsrailin Baş naziri Benyamin Netanyahudur. Ancaq vurulan təyyarə vəziyyəti qəlizləşdirdi, Putin 15 hərbçisinin ölümünə seyrçi qala bilməz.
İsrail üzr istəsə, problem olmayacaq, əks halda iki dövlət arasında münasibətlərdə soyuqlaşma başlayacaq. Necə ki, vaxtilə vurulan təyyarəyə görə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermirdi, eləcə də yeni vurulan təyyarəyə görə Rusiya-İsrail münasibətlərinin də gərginləşməsi bizim maraqlara cavab vermir”.
MilliYol.az