"Yuventus"un sabiq müdafiəçisi Patris Evra Turin klubunun yarımmüdafiəçisi Duqlas Kostanı tənqid edib
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu şəxsi "İnstaqram" hesabında ötən tur "Sassuolo" ilə matçda rəqib komandanın oyunçusu Federiko Di Françeskonun üzünə tüpürən braziliyalınının hərəkətini pisləyib:
"Sən bilirsən axı, "Yuventus"un rəmzi zebradır, dəvə deyil. Öz hərəkətinə görə üzr istədin. Amma insanlar Di Françeskonun sənə nə dediyini bilmirlər".
Qeyd edək ki, Kosta matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Di Françeskonun üzünə tüpürüb. 28 yaşlı futbolçu 3 dəqiqə əvvəl isə Federikoya başla zərbə vurmaq istəyib. Hər iki epizodda sarı vərəqə alan Kosta meydandan qovulub.
MilliYol.Az