Mobil qurğuların məhsuldarlığını yoxlayan “AnTuTu” testinin yaradıcıları ötən həftə təqdim edilən “iPhone XS” qurğusunu sınaqdan keçiriblər
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “A12 Bionic” prosessoru ilə təchiz edilmiş sözügedən qurğu smartfonlar arasında rekord 363 min bal toplayıb.
Yeni “iPhone” smartfonu “Snapdragon 845” çipseti ilə işləyən əksər qabaqcıl “Android” qurğularını geridə qoymağa müvəffəq olub. “Android” sisteminin idarəetməsi altında işləyən qurğuların göstəriciləri təxminən 290 min bal təşkil edib.
“iPhone XS” aparatı 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış prosessor sayəsində mobil bazarda ən güclü smartfon adına layiq görülüb.
Qeyd edək ki, “iPhone Xs” smartfonu 28 sentyabrdan etibarən 999 dollardan başlayan qiymətlərlə qlobal bazara satışa çıxarılacaq.
MilliYol.az