Baş prokuror Zakir Qaralov 5 rayonunun vətəndaşları ilə görüş keçirəcək
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşl sentyabrın 21-də saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Baş prokuror Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin qəbulunu keçirəcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
MilliYol.Az