Arab Mubasher (Səudiyyə Ərəbistanı), 16.09.2018
Suriya ərazisində Rusiya-Türkiyə münaqişəsi davam edir. Ancaq Suriyanın dinc sakinlərinin qurban getdiyi münaqişə. Eyni zamanda Rusiyanın İdlib uğrunda döyüşü təxirə salmaq qərarı yalnız buna yönəlib ki, Suriyada müxalifətin son qalası uğrunda döyüşlərə hazırlıq çərçivəsində bütün oyunçular tərəfindən getdikcə daha çox sayda qüvvə səfərbər olunsun.
Məsələn, İran dəstələrinin dörd minə yaxın döyüşçüsü və rejim qüvvələri hücuma hazırlıq çərçivəsində Hələbdən şimalda İdlibdə atəş xəttinin yaxınlığına gəlib. Bu, rejimə qarşı durmaq üçün müxalifət üçün silah tədarükünü fəallaşdıran Türkiyə qoşunlarının dəstəyi şəraitində Suriya silahlı müxalifəti tərəfindən böyük qüvvə səfərbərliyinə səbəb olub.
Türkiyə ordusu komandanlığı “Azad Suriya Ordusu”ndan silahların indiki keyfiyyət və sayı baxımından hərbi durumu haqda ona ətraflı hesabat göndərməyi xahiş edib. Bütün bunlar əyalətə müdaxilə haqda Suriya rejiminin bir müddət öncə səsləndirməyə başladığı təhdidlərə cavab kimi baş verir.
“Arab Center for Research and Studies”-dan araşdırıcı Mustafa Salah bu kontekstdə hesab edir ki, Tehran sammitində baş tutmuş rəsmi danışıqların birbaşa yayınlanması bu məsələdə İran tərəfinin bilərəkdən hərəkətlərinə görə öz təəccübünü gizlətməyən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan üçün gözlənilməzlik olub. O, qeyd edib ki, bu durum İran tərəfinin Türkiyə tərəfi və Rusiyanın arasındakı mübahisəni birbaşa efirdə yayımlamaq istəyini sərgiləyib.
Salah habelə “Arab Mubasher”-ə danışıb ki, İdlibdə hərbi əməliyyat bütün tərəflərin niyyətini əks etdirir. Dövlətər üçlüyü – Suriya, İran və Rusiya – Suriya müxalifətinin və terrorçu silahlı qruplaşmaların son qalasından can qurtarmağa daimi cəhdlərlə seçilir və bu kontekstdə münaqişənin tənzimlənməsi, müxalifətin silahları təhvil verməsi və siyasi prosesə cəlb edilməsilə bağlı Suriya rejimi tərəfdən xeyli sayda zəmanətin mövcudluğunu nəzərə almaq lazımdır.
Türkiyə tərəfi öz növbəsində terrorçu təşkilatların daxil olduğu Suriya müxalifətinin vəziyyətini saxlamağa və möhkəmləndirməyə çalışır ki, bu da İdlibin Türkiyə sərhədinə yaxınlığı səbəbindən Türkiyə tərəfinin ölkəyə mümkün qaçqın axını qarşısındakı qorxusuyla şərtlənib.
Türkiyə qəzetləri və xəbər sayları “Azad Suriya Ordusu”nun komandirlərindn birinə aid edilən bəyanatı verir, mətbuatla təmas yasağıyla bağlı onun adı çəkilmir. “Türklər uzunmüddətli döyüşdə bizə tam hərbi dəstək vəd ediblər, – o deyib. – Rejim və onun müttəfiqi Rusiya bu döyüşdə istədiklərinə nail olmayacaqlar”.
Müxalifətin başqa lideri qeyd edib: “Döyüş sursatı tədarükləri döyüşü davam etdirmək və bu üzücü savaşda tükənməmək imkanı verəcək”.
3,5 milyon suriyalını öz ərazisinə qəbul etmiş Ankara daha çox suriyalının sərhədi keçərək qaçmağa məcbur olacağından əndişələnərək bu kontekstdə bu hücumdan çəkindirib.
Rejim hücuma başlamaq, ölkədə Suriya müxalifətinin son rayonuna nəzarəti bərpa etmək üçün hələlik bölgəyə qoşun cəmləyincə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan mümkün humanitar fəlakət və Türkiyənin təhlükəsizliyi üçün təhdidlər haqda xəbərdarlıq edib.
Rusiya tərəfi də Ankara ilə münasibətləri səciyyələndirməyə başlayan gərginliyi gizlətmir. Xüsusən də Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov təsdiq edib ki, Suriyanın şimalında cari böhranların tənzimlənməsi üzrə ölkəsi və Türkiyənin rəylərində fikir ayrılıqları var. Ryabkov Rusiya paytaxtında mətbuat üçün bəyanatda məlumat verib ki, hər iki tərəf şimal əyaləti İdlibdə var olan problemlərin ümumi məxrəcini və həll üsullarını axtarır.
O, əlavə edib ki, Ankara və Moskva arasında Suriya böhranı üzrə təmaslar bütün səviyyələrdə – siyasi, hərbi və diplomatik – davam edir. O habelə qeyd edib ki, Türkiyə, Rusiya və İran liderləri bu yaxınlarda başa çatmış Tehran sammitində İdlib əyalətindəki durum üzrə üç paytaxt arasında dialoqu və danışıqları davam etdirmək qərarına gəliblər. Türkiyənin Təhlükəsizlik Şurasındakı təmsilçisi Moskva ilə bağlı bu problemləri xatırladıb və humanitar amili və mülki sakinlər arasındakı qurbanları yada salmaqla həmin simlərdə çalıb. Rusiya və Türkiyə tərəfləri eyni zamanda anlayır ki, cari gərginlikdə Türkiyənin məqsədi mülki şəxsləri qorunmağa deyil, özünün Suriyadakı maraqlarının, habelə Ankaranın maliyyələşdirdiyi ekstremist təşkilatlar daxil olmaqla silahlı qruplaşmaların müdafisəinə yönəlib.
MilliYol.Az