Görə bilməyimizi təmin edən 2 gözümüz var
Lakin bunlarla yanaşı, insanın yalnız hiss edə biləcəyi şeyləri görən “üçüncü göz”ü də var. İnsanın iki gözü ilə “üçüncü göz”ü sanki bir anlığa birləşdikdə beyinin yatmış bir hissəsi fəaliyyətə başlayır.
Axar.az xəbər verir ki, elmdə “epifiz” adlanan həmin hissə oval şəkildə, qırmızı-boz rəngdə, orta beyin qapağının yuxarı təpəcikləri üzərində yerləşir. Bu üzv bədəni melatoninlə təmin edir.
Uşaqlığın ilk illərində melatoninin səviyyəsi yüksək, böyük yaşlarda isə nisbətən aşağıdır. Bəzi araşdırmalara görə, melatoninin səviyyəsi aşağı olan şəxslərdə depressiya problemləri olur.
1998-ci ildə “Yeni elm”də (“New Scientist”) yayımlanan bir araşdırmaya görə, Günəş partlayışları və insan biologiyası arasında bağlantı mövcuddur. Günəşdən gələn elektromaqnit aktivlik insana təsir edir və bu, epifizin həddən artıq melatonin ifraz eləməsinə səbəb olur. Bəlkə də bu səbəbdən uşaqların beyin-sinir sistemlərinin metafizik aləmlərə açıqlığı xeyli yüksəkdir. Əgər bu, həqiqətən belədirsə, onda uşaqların mistik varlıqları niyə rahatlıqla gördükləri, böyüklərin isə cin və ruhi varlıqları görməməsinin səbəbi aydınlaşır. Epifiz ruh və dünya arasında tarazlıq yaradır.
Epifizin forması kiçik şam qozasını xatırladır. Şam qozası Şumer, hind, Antik Yunan, Antik Misir, Roma və Vatikanda dini xarakter daşıyır.
Epifizin insan bədənindəki varlığı antik dönəmlərdən məlumdur və bu, tarix boyunca oyanış, aydınlanma olaraq izah edilib. Eradan əvvəl yaşamış anatomiya mütəxəssisi Herofilis epifizi düşüncə axınını tarazlaşdıran əzələ adlandırıb. Hinduizmdə Brahmaya görə, həqiqətə açılan düzgün bir pəncərə kimi görülür. Vedik fəlsəfəsində isə 6-cı hissi ifadə edir.
20-ci əsrin ortalarında epifizi araşdıran elm adamları bunun nadir bir vəzi olduğunu üzə çıxarıblar.
1888-ci ildə Hindistanın cənubunda yaşayan yoxsul bir ailənin Srinivasa Ramanuja adlı oğlu olur. Ramanuja universitetə getməmiş və heç kimdən dərs almamışdı. Lakin həmin vaxt onun kimi ikinci bir riyaziyyatçının dünyaya gəlmədiyini deyirdilər. Böyük çətinliklərlə bir məmur olaraq iş tapan Ramanujanın riyazi bilikləri qısa müddətdə böyük ölkələrə gedib çatır. Bir şəxs ona dövrünün ən məşhur riyaziyyatçısı, professor Hardiyə məktub yazmasını məsləhət görür. Ramanuja məktub yazmır, lakin özünün hazırlamış olduğu iki həndəsə nəzəriyyəsini professora göndərir. Hardi durum qarşısında olduqca təəccüblənir: yaşca çox gənc biri bu nəzəriyyəni həll edə bilməzdi. O, Ramanujanı İngiltərəyə çağırır. İlkin müzakirələrdən sonra Hardi riyaziyyat sahəsində özünün belə Ramanujanın qarşısında çox aciz qaldığını görür. Ramanuja verilən suallara dərhal, düşünmədən cavab verirdi.
O, riyazi məsələyə baxanda gözləri iki qaşının arasında yerləşən bölgəyə doğru çevrilirdi. Bu nöqtə Yoqada “üçüncü göz” adlanır. Bu göz fəaliyyətdə olarsa, hadisələri fərqli ölçüdə və bütünlükdə görmək olur. İki qaşın arasında bir boşluq var. Bu boşluq bəzən açılır: eynən Ramanujadakı kimi.
Tibetdə 3-cü gözü öyrənmək üçün cərrahi yollara da əl atılır. Əgər 3-cü gözümüz aktivləşərsə, normal zamanda görə bilmədiyimiz şeyləri, ola biləcəkləri görə, güclü enerjimiz vasitəsilə hansısa hadisəyə təsir edə bilərik.
MilliYol.Az