Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın mətbuat xidmətindən bildiriblər ki onların belə bir tədbirin keçirilməsindən məlumatları yoxdur
Maraqlıdır ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov bildirib ki, məhərrəmlik ayının gəlişi ilə bağlı məktəbdə din xadimləri ilə görüş keçirilib və bundan Prezident Adminstrasiyasının və Dini Qurumlar İdarəsinin məlumati var.
İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər görülür. İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxıb. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, onların əsas məzmunu qalmaqdadır. Dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir. Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir.
Şeyxülislam, Komitə sədri, Nazir əleyhinə çıxır…
Müsəlman dünyasında Məhərrəm ayının başlanması və “Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası “Fətva” verib. Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayət olunması, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsi vacibdir. Bununla bağlı reportyor.info olaraq ölkə miqyasında yüksək mövqe sahibi olan bir neçə şəxsin münasibətini diqqətə çatdırırıq.
Qafqaz Şeyxülislamı Allahşükür Paşazadə “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını dəfələrlə açıq şəkildə bəyan edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədri Mübariz Qurbanlı orta məktəblərdə dini təriqətlərin təbliğinin dövlət maraqlarına zidd olduğunu bildirib.
Təhsil naziri Ceyhun Bayramovun isə mövqeyi bir neçə gün öncə açıq şəkildə ifadə olundu: “Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək”.
Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər: “Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.
Mingəçevirdə məktəb direktoru isə… molladan təşəkkür alır…
Maraqlı olay Mingəçevir şəhər Noel Ahəngarı adina 13 saylı orta məktəbdə baş verib. Sentyabrın 6-da məktəbdə şəhərin axund müavini Cavid Ələmdarın rəhbərliyi altında “məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının əsas səbəbləri, matəm keçirilmyin mənası kimi müəllim və valideynlərlə birgə tədbir” keşirilib. Bunu Ələmdar öz facebook səhifəsində xüsusi olaraq foto və izahatlarla təqdim edib.
Araşdırmamız zamanı öyrəndik ki, keçirilən tədbir nə Mingəçevir şəhər icra hakimiyyəti, nə təhsil şöbəsi ilə razılaşdırılmayıb. Məsələ ilə bağlı məktəb direktoru Tünzalə Əfəndiyevanın mövqeyini öyrənmək mümkün olmadı. Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov isə bizimlə söhbətində əvvəlcə bildirdi ki, elə bir tədbir keçirilə bilməz. Biz əlimizdə sübutların olduğunu dedikdə isə Sahib müəllim bildiridu ki, bəli, belə bir tədbir olub. Məhərrəmlik ayının gəlişi ilə bağlı məktəbdə din xadimləri ilə görüş keçirilib və bundan Prezident Adminstrasiyasının və Dini Qurumlar İdarəsinin məlumati var.
Maraqlıdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın mətbuat xidmətindən isə reportyor.infoya bildirdilər ki bizim belə bir tədbirdən məlumatımız yoxdur. Əgər elə bir tədbir olursa buna mütləq rəsmi icazə verməlidir, belə bir icazə verilməyib. Təhsil Nazirliyinin mətbuat xidməti isə məsələdən tam xəbərsiz olduğunu bildirdi. Amma fakt faktlığında qalır: fotolar da ortada, axund müavininin təşəkkürü də.
Deputat naziri tədbir görməyə çağırdı
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov məsələdən bildirib ki Azərbaycan Respublikasının Konsitutyasında və 2009 ci il Təhsil haqqında qanunda göstərilir ki Din Dövlətdən ayrıdır:
“Heç bir halda orta umumi Təhsil müəssələrinin nəzdində dini mərasmlər o cümlədən təbliğat xarekterli tədbirlər kecirilə bilməz. Düzdür Azərbaycan Prezidenti hər zaman insanların vicdan azadlığına şərait yaradıb ölkədə bütün dinlərin mumayəndələrin dinləri üçün ibadət etməyə yerlər var. Heç kimə icazə verilmir ki orta məktəblərdə belə tədbir kecirsin bu qanunverciliyin tələblərini kobud pozulmasıdır.hesab edirəm ki Təhsil Naziri həmin məktəbin direkorunu cəzalandıracaq tədbir görəcək.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa belə bir mövzuda arasdırma aparmanın cox vacib bir məsələ olduğunu bildirdi:
“Azərbaycan məktəblərinə xurafatın cəhalətin İslam adı ilə yalnış yol almaması üçün müəyyən adımlar atılmalıdır. Hansısa bir idelogiyanın marjinal qrupların ideyalarının yayılması yol verilməzdir. Usaqlara müəyyən dərəcədə xurafat cahələt elementlərinin asılanması olduqca təhlükəlidir.
Mən hesab edirəm ki, Təhsil naziri məsəliyə cox ciddi reyaksiya verməlidir. Onsuzda bu gün məktəblərdə şagirdlərin biliklər əldə edilməsində müəyyən problemlər var .Bundan da dəhşətlisi xurafatın məktəblərə yol açması yolverilməzdir. Bütün bunlar şagirdləri bu yola yönləndirmək sadəcə məqsəli şəkildədir”.
Fazil Mustafa , “umumiyyətlə məktəbdə belə bir tədbir olması qanuna uygundurmu?” sualını cavablandırarkən, “xeyir tamamilə qanunlarmıza ziddir və yolverilməzdir” cavabını verdi.
MilliYol.Az