Ermənistanın baş naziri Nikol Paşinyan Robert Köçəryanın onun haqqında “Paşinyan mənə ilişdiyinə görə peşman olacaq” sözlərinə reaksiya verib
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gün “Şenqavit” tibb mərkəzini yeni korpusunun açılışında iştirak edən Nikol Paşinyanın fikrincə, Köçəryanın sözləri onun siyasi prosesləri hansı səviyyədə başa düşdyünü göstərir: “Bu uduzanın qalibi “buna görə çox peşman olacaqsan” deyə hədələdiyi küçə davası deyil”,- Paşinyan deyib.
Ermənistan baş naziri Köçəryanın “indiki iqtidarın onun simasında təhdid gördüyü” sözlərinə də toxunub: “Məndən “Kommersant” qəzeti də fəaliyyətimlə siyasi faktorları neytrallaşdırmam barədə soruşmuşdu. Mən indi də deyirəm: bu gün Ermənistanda Robert Köçəryan adlı siyasi faktor mövcud deyil. Biz sadəcə siyasi ölülərlə mübarizə aparmalı oluruq. Lakin siyasi meyit olmaq hələ qanun qarşısında məsuliyyətdən qaçmaq anlamına gələ bilməz”.
MilliYol.Az