“Rusiya Milli Qvardiyanın rəhbəri Viktor Zolotovun Aleksey Navalnını videomüraciətlə açıq şəkildə təhdid etməsi Qərb mətbuatnın diqqətindən yayınmayıb"
Sonuncu hadisə Putin rejiminə qarşı yönəlik tənqidlərin dərəcəsini daha artırıb.
“Müxalif siyasətçi və general bir bankadakı hörümçəklər kimidir. Bazar günü Navalnı pensiya islahatlarına etiraz olaraq öz tərəfdarlaırnı küçələrə çıxardı. Zolotovun adamları isə onlara qarşı sərt müdaxilə həyata keçirdi. Onlarla insan döyüldü, 1000-dən çox vətəndaş həbs edildi. Bundan daha öncə isə Navalnının Korrupsiya ilə mübarizə Fondu (KMB) “youtube” kanalında Viktor Zolotovun milii qvardiyasında baş alıb gedən korrupsiya hallarını ifşa etmişdi”, - Almaniyanın “Der Spiegel” jurnalından Krisian Eş və Kristina Hebel yazır.
Müəlliflər son videonun Viktor Zolotovu xüsusilə əsəbiləşdirdiyini qeyd ediblər. Bu səbəbdən onun 6 dəqiqəlik müraciətində Navalnıya qarşı kin və nifrət qusduğunu vurğulyıblar.
Məqalədə rus generalının Navalnını “duelə çağırması və ondan langetı tikələri düzəldəcəyi hədəsinə” xüsusi yer verilib. Onların fikrincə, Zolotov həmin müraciətlə Ruiya hakimiyyətinin Navalnının ifşaedici videoları qarşısında susqun qalmaq siyasətinə son vermiş olub. Yazıda rus generalının təhdidində təhlükəli çalarların üstünlük təşkil etdiyi bildirilir.
“Viktor Zolotovun müraciəti bir-birinə iki zidd məsələni ortaya qoyur. Bir tərəfdən bu, Navalnının müxalifətçi kimi çəkisini artırır, digər tərəfdən isə Zolotov Rusiyada dövlət, siyasət və şəxsi sahənin artıq bir-birindən ayrı olmadığının siqnalını verir. General bununla başçılıq etdiyi qurumun deyil, şəxsən özünün maraqlarını müdafiə edir. Özü də bunu qanun çərçivəsində və ya siyasi arqumentlərlə yox, fiziki şiddətlə çözəcəyi ilə hədələyir. Bu adam qanunun keşikçisi kimi yox, mafiya bossu kimi davranır”, - məqalə müəllifləri yazırlar.
Kristian Eş və Kristina Hebel Navalnı üçün yeni və olduqca təhlükəli situasiyanın yarandığını bildirirlər: “Zolotov təkcə Putinin etibarlı şəxsi sayılmır. O, həmçinin Rusiya prezidentinin çeçen lider Ramzan Kadırovla əlaqələrində təmsilçi rolunu oynayır. İndinin özündə də Kadırova bağlı dəstələrin adı bir çox qətllərdə, o cümlədən Boris Nemtsovun öldürülməsində hallanır”.
Yazının sonunda Kremlin general Viktor Zolotovun təhdidlərini görməzliyə vurması xüsusi olaraq qeyd edilir.
MilliYol.Az