“Ermənistan illi təhlükəsizlik xidməti və xüsusi istintaq xidmətinin rəhbərlərinin telefon danışığı Paşinyanın siyasi terror erasına başlaması deməkdir”
Avropa.info xəbər verir ki, bu fikri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bəyan edib. Onun sözlərinə görə, erməni ictimaiyyəti baş nazir Nikol Paşinyandan milli təhlükəsizlik xidməti və xüsusi istintaq xidmətinin rəhbərlərinin telefon danışığı barədə konkret bir mövqe gözləyirdi:
“Lakin biz bunun şahidi olmadıq və bu da bizdə ciddi narahatçılıq doğurur. Bununla da Paşinyan siyasi terror erasının başladığını elan etdiyni açıqlayıb”.
O əlavə edib ki, telefon danışığının gizli dinlənilməsi yaxşı olmayan haldır :
“Əgər danışıqlar dinlənirsə, o zaman aidiyyatı orqanların rəhbərləri ehtiaytlı olmalıdır.Niyə onlar ehtiyatlı olmayıblar?”.
Bununla belə vitse-spiker əlavə edib ki, telefon danışığında baş nazir Nikol Paşinyanın göstərişi əsasında rəqiblərinin həbsi barədə söhbət gedir :
“Ona görə də bu telefon danışığı bir daha sübut etdi ki, Ermənistanda artıq cinayət təqibi siaysi sifarışlər əsasında həyata keçirilir”.
MilliYol.Az