Erməni politoloq, “Modus Vivendi” analitik mrəkəzinin rəhəbri Ara Papyan “Emrənisatın xüsusi xidmət orqanlrını rəhbərlərini gilzi şəkildə dinlənilməsi təhlükəli bir hal olduğun bildirib
Ara Papyan erməni mətbuatına verdiyi müsahibədə Milli Təhükəsizlik və Xüsusi İstintaq Xidəmtlərinin rəhblərinin arasında keçən və sosial şəbəkələrə sızdırılan danışığın əslinə çoxdan yazıldığınıvə “Youtube”da qəsdən nümayiş etdirildiyini bildirib.
Erməni ekspertin sözlərinə görə, bununla biriləri indiki iqtidarın necə zəif olduğunu göstərmək istəyib. “Çox güman ki burada Köçəryanın komandasının və ya böyük ehtimalla Rusiyanın əli var”,-Papyan qeyd edib.
Politoloqun fikrincə, Nikol Paşinyanın namizədliyi bütün hallarda Vladimir Putin üçün qəbul edilməzdir. “Bunun Ermənistanın xarci siyasi kursuna dəxli yoxdur. Paşinyan bu məsələdə sələflərinin yolunu davam etdirir. Məsələ burasındadır ki, Rusiya və şəxsən Putin üçün xalqın dəstəyi və xalqla hakimiyyətə gələn adam qətiyyən məqbul sayıla bilməz. Moskva belə hakimiyyətlərin süqutunda maraqlıdır. Bununla da Rusiya eyni prosesin özlərində baş verməsini istəmirlər.
Ara Papyan hakimiyyətin sərt mübarizəyə başlamalı olduğunu düşünür:
“Siz məxmərlə əks inqilaba qarşı savaa bilməzsiniz. Çünki əks-inqilab qeyri-məxməridir. Əgər yaza qədər seçkilər baş tutmasa həm xarici, həm də daxili cəbhədə böyük təlatümlər baş verəcək”.
MilliYol.Az