Yaponiya hökuməti ərazi mübahisəsi həll olunmadan Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin sülh müaviləsi bağlamaq barədə təklifini rədd edib
Yaponiya nazirlər kabinetinin Baş katibi Yosixide Suqa bəyan edib ki, Cənubi Kurilin ərazi mənsubiyyəti prinsipial məsələdir və bu məsələ üzrə Yaponiyanın mövqeyi dəyişməz qalır.
«Adaların qaytarılması və sülh müqaviləsinin imzalanması məsələsinə yönəlik hökumət öz siyasətini dəyişmir» – Suqa bildirib.
O, həm də Putinin bu məsələni Şərq iqtisadi forumu çərçivəsində Yaponiyanın Baş naziri Sindzo Abe ilə müzakirə etdiyinə şübhə ilə yanaşdığını bildirib. Yaponiya nazirlər kabinetinin başçısı özü hələlik bu təklifi şərh etməyib.
Bundan əvvəl, RF Prezidenti Vladimir Putin Şərq iqtisadi forumunun (ŞİF) plenar iclasında Yaponiyaya ilin sonuna qədər və heç bir ilkin şərt irəli sürülmədən sülh müqaviləsi imzalamağı iəklf edib.
Tribunadan çıxış edərək, Putin zalda oturmuş Abeyə müraciət edib: «Gəlin, sülh müqaviləsi imzalayaq – indi yox, ilin sonuna qədər. Heç bir ilkin şərt irəli sürülmədən».
MilliYol.Az