İraqlı bloger Ali Athabın Bakıda ərəb turistlərin necə əyləndikləri barədə çəkdiyi filmdə Azərbaycanda 8 min ərəb turistin ''QİCS'' xəstəliyinə yoluxması ilə bağlı iddialar irəli sürüb
Filmin hazırlanmasında iştrak edən bələdçi qadın iddia edir ki, Azərbaycana ailəsi ilə gələn ərəb turistlər istarahət edirlər, dostları ilə gələnlər isə yeyib içib eyş-işrətlə məşğul olurlar.
Qeyd edək ki, Ali Athab təkcə bloger deyil, o, həmçinin İraqın ''Alforat TV'' peyk kanalının əməkdaşıdır. Onun Azərbaycanda ərəb turistlərlə bağlı araşdırması 1 saatlıq filmdən ibarətdir. Həmin film peyk üzərindən yayılıb. ''Alforat TV'' kanalının sahibi İraqın Ali İslami Şurasıdır. Bu, İraqda şiələrin islamçı siyasi partiyasıdır və 1982-ci ildə Ayətullah Məhəmməd Baqir əl-Hakim tərəfindən qurulub.
Qeyd edək ki, gecə klubları dünyanın bütün inkişaf etmiş meqapolislərində fəaliyyət göstərir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov deyir ki, minlərlə ərəbin Bakıda bu virusa yoluxması haqda deyilənləri uydurmadır. Şöbə rəhbərinin sözlərinə görə, ölkəyə gələn turistlərin nə qədərinin bu virusa yoluxduğunu müəyyən etmək hansısa jurnalistin işi ola bilməz.onun sözlərinə görə, Azərbaycanda 6 ay ərzində 8 nəfər əcnəbi vətəndaşda QİÇS xəstəliyinin aşkar edilib
Qeyd edək ki, hazırda Cənubi Qafqaz ölkələrinin turizm sektorları arasında ərəb turistlərlə bağlı ciddi rəqabət var. Son illər Azərbaycanın ərəb turistlər arasında populyarlığının artması Gürcüstan və Ermənistan turizmçilərinin diqqətindən yayına bilməz. Əvvəl Gürcüstan, onun Batumi şəhəri ərəb turistləri regionda cəlb edən əsas məkan idi. Amma indi Azərbaycan turizm infrastrukturu sarıdan sürətlə inkişaf edir, bütün dörd mövsüm ərzində ölkəyə xarici turistləri cəlb etmək üçün imkanlar genişlənir, xidmət səviyyəsi yüksəlir, vizaların verilməsi tamamilə liberallaşır. Nəticədə Azərbaycan o cümlədən ərəb turistlər arasında populyarlaşır. Görünür bu tendensiya qonşu ölkələrin turizmçilərinin diqqətini cəlb edir. Məsələlərə bu aspektdən yanaşdıqda Bakıda 8 mindən çox ərəbin virusa yoluxduğu haqda rəqəmin necə meydana çıxdığı haqda təsəvür formalaşır. Bir sözləfilminin Ali Athabın dırnaqarası filminin Azərbaycanın turizim sektorunu gözdən salmağa, xidmət göstərən sifariş olduğu aydın şəkildə görünür. (xezerxeber.az)
MilliYol.Az