Almaniya Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatlarda iştirakı istisna olunmur
Trend-in məlumatına görə, bunu Almaniya parlamentində çıxışı zamanı Angela Merkel bəyan edib.
A.Merkel bildirib ki, sülhün təmin olunmasında Almaniya siyasi səyləri üstün tutur:
“Amma dünyada baş verənlərdən asılı olmayaraq ən əvvəldən “yox” demək Almaniyanın mövqeyi ola bilməz. İstənilən halda Almaniya hökuməti konstitusiyanı rəhbər tutaraq və parlament qarşısındakı öhdəliklər çərçivəsində hərəkət edəcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya mətbuatı Almaniyanın “Tornado” təyyarələrinin İdlibdə əməliyyatlara qatıla biləcəyini yazmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...