“Baş nazir Paşinyan siyasi terror erasının başladığını elan edib”
Ermənistanın müxalifətdə olan Respublika partiyasının mətbuat katibi və parlament sədrinin müavini Eduard Şarmazanov Milli Təhlükəsizlik və Xüsusi İstintaq Xidmətlərinin rəhbərləri arasında keçən telefon danışığının ölkə üçün təşviş doğurucu hal olduğunu söyləyib.
“MTX və XİX deyil, biz hüquq mühafizə orqanlarının dinlənilməsi hadisəsinə təəccüblənməliyik. Əgər onlara qulaq asa bilirlərsə, o zaman bizlərin də danışıqlarımızı asanlıqla izləyirlər. Mən hələ türklərdən, azərbaycanlılardan danışmıram...”, -Şarmazanov deyib.
Eduard Şarmazanov Paşinyana sual da ünvanlaıyb: “Soruşmaq istərdim ki, ay qardaş, sən dəfələrlə “1 mart” işi ilə bağlı nə məhkəmə, nə də hüquq-mühafizə orqanlarının işlərinə qarışmadığını demisən. Amma telefon danışığından görünür ki, sənin təyin etdiyin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri kimisə həbs edib-etməmək barədə məhkəmə hakiminə göstəriş verir, ona gördüyü işə görə “cəsarətli ol” deyir. İndi sual çıxır ki, baş nazirin bununla nə əlaqəsi olub ya yox....”
Ermənistan Milli Assambleyasının sədr müavini bundan irəli gələrək keçmiş iqtidar nümayəndələrinin həbslərinin siyasi sifariş və təqib əsasında həyata keçirildiyini söyləyib.
Bundan başqa, o, baş nazirin erməni oliqarxlarının mühafizə xidmətlərinin tərksilah olunması haqqında qərarını siyasi terror adlandırıb.
Şarmazanov həmçinin indiki iqtidarı qabiliyytəsiz olmaqda suçlayıb:
“Hanı vəd etdiyiniz yeni iş yerləri, investorlar, işsizliyin azaldıması, qiymətlərin aşağı düşməsi.... Heç nə yoxdur, nəticə sıfır. Paşinyan hökuməti isə hakimiyyətini qorumaqdan ötrü hətta konstitusiya dəyişikliyinə və parlamenti buraxmağa hazırlaşır”.
MilliYol.Az