"İngiltərədə keçmiş rus agenti Sergey Skripal və qızını zəhərləyən şübhəlilər tapılıb"
Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Putin həmçinin onların tezliklə hər şeyi etiraf edəcəklərinə ümid etdiyini söyləyib. Prezidentin sözlərinə görə, şübhəlilər mülki şəxslərdir.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onun arasına görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Salisberidə Ticarət Mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıb.
Onlar nadir əsəb iflic edən maddədən zəhərlənmə diaqnozu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olub. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.
Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib. Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
MilliYol.Az