2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olub
Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (AzStatKom) Xarici ticarət əlaqələri haqqında dərc etdiyi məlumatda deyilir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17 mlrd. 474,7 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 mlrd. 698,5 mln. dollar, idxalın dəyəri 5 mlrd. 776,2 mln. dollar təşkil etmiş, nəticədə 5 mlrd. 922,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 %, real ifadədə isə 0,7 %, o cümlədən ixrac 0,8 %, idxal 0,5 % artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 %-ini İtaliyaya, 8,0 %-ini Türkiyəyə, 7,6 %-ini İsrailə, 5,3 %-ini Hindistana, 4,7 %-ini Tayvana (Çinin əyaləti), 4,3 %-ini İndoneziyaya, 4,0 %-ini Kanadaya, 3,9 %-ini Almaniyaya, hər biri 3,7 % olmaqla Portuqaliya və Çexiyaya, 3,6 %-ini Rusiyaya, 3,2 %-ini Gürcüstana, 3,0 %-ini Fransaya, 2,6 %-ini İspaniyaya, qalan 17,6 %-ini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 %-i Rusiya, 15,3 %-i Türkiyə, 10,2 %-i Çin, 6,7 %-i Almaniya, 4,9 %-i ABŞ, 4,1 %-i Ukrayna, 3,3 %-i İtaliya, 2,7 %-i İran, hər biri 2,5 % olmaqla İsveçrə və Yaponiya, 2,4 %-i Birləşmiş Krallıq, 2,2 %-i Belarus, 27,3 %-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-iyul aylarında 968,6 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 13,5 %, real ifadədə isə 3,8 % çoxdur.
2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən
təzə meyvə ixracı 48,0 %,
kartof – 15,5 %,
bitki yağları – 23,6 %,
təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə,
meyvə və tərəvəz konservləri – 23,5 %,
polietilen – 10,9 %,
emal olunmamış alüminium – 18,5 %,
pambıq lifi – 66,9 %,
qara metallardan borular – 10,2 %,
pambıq ipliyi – 23,1 % artmış,
təzə tərəvəz ixracı isə 1,5 %,
şəkər – 44,7 %,
meyvə və tərəvəz şirələri – 15,2 %,
tütün – 20,1 %, çay – 17,6 %,
marqarin, qida üçün yararlı digər qarışıqlar – 7,8 %,
qara metallardan yarımfabrikatlar – 70,9 %,
bentonit gili – 3,2 % azalmışdır.
2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında buğda idxalı 17,1 %, bitki yağları – 41,7 %, təzə meyvə – 47,5 %, çay – 6,3 %, quş əti və onun əlavə məhsulları – 3,7 %, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,7 dəfə, qara metallardan çubuqlar – 27,3 %, mineral gübrələr – 77,0 %, mebellər – 32,1 %, hesablama maşınları, blok və qurğuları – 4,1 %, rezin şinlər – 2,0 %, polietilen – 60,0 %, məişət kondisionerləri – 20,2 %, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 29,2 %, sement və sement klinkerləri – 59,4 %, məişət soyuducuları – 2,3 dəfə artmış, siqaret idxalı isə 3,7 %, xam şəkər və şəkər – 45,2 %, kərə yağı, digər süd yağları və pastaları – 20,7 %, kartof – 23,2 %, mal əti – 21,0 %, təzə tərəvəz – 46,3 %, polad prokatı – 2,2 %, qara metallardan künclüklər – 7,3 %, avtobuslar – 37,8 % azalmışdır.
MilliYol.Az