Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp fikirləşir: ABŞ qüvvələri Suriyada hökumət qüvvələrinə hücum zamanı Rusiya və İran hərbçilərinə də zərbə endircəkmi?
Bu barədə «Wall Street Journal» qəzeti yazıb.
«Pentaqon hərbi ssenarilər hazırlayır, ancaq cənab Tramp hələ qərar verməyib ki, məhz hansı fəaliyyətlər hərbi cavab üçün səbəb sayıla bilər və ABŞ Suriyada Əsədə kömək edən Rusiya və ya İran qüvvələrinə də hücüm edəcəkmi?» – deyə, qəzet yazır.
Rəsmi şəxslər, Əsəd qüvvələrinin kimyəvi silahdan istifadə edəcəyi təqdirdə, ABŞ-ın Suriyaya aviazərbələr endirəcəyini qəzetə təsiqləyə bilməyiblər. Nəşrin məlumatına görə, Vaşinqton hərbi zərbələrin əvəzinə, suriyalı məmurlara qarşı iqtisadi sanksiyalardan da istifadə edə bilər.
«Biz demişdik -hücuma cavab olaraq, ABŞ hərbi qüvvədən istifadə edəcək. Bizim sərəncamımızda siyasi alətlər var, iqtisadi alətlər var. Bir sıra müxtəlif cavablar mövcuddur – əgər Əsəd həmin təhlükəli addımı atarsa, ona qarşı istifadə edə bilərik» – deyə, Ağ Evin yüksək məqamlı nümayəndəsi qəzetə yanışıb.
MilliYol.Az