Minzin Pey
“Project Syndicate”
Sovet İttifaqı 1991-ci ildə süqut etdi, Çin Kommunist Partiyası (ÇKP) bunun niyə baş verdiyini anlamadı. Hökumətin beyin mərkəzləri bu məsələni araşdırıb, təqsiri bütünlüklə islahatçı lider Mixail Qorbaçovun boynuna qoydu. Çin liderləri digər əhəmiyyətli amillərə də diqqət yetirdilər, amma bu gün həmin amillərin heç də hamısı nəzərə alınmır.
Şübhəsiz ki, ÇKP ilk əsas dərsi anlayıb: güclü iqtisadi performans siyasi legitimlik üçün vacibdir. Son bir neçə onillikdə ÇKP-nin yeganə dərdi-səri ÜDM-in artımına təkan vermək olub, son bir neçə onillikdə o, “iqtisadi möcüzə” yaradıb; 1991-ci ildə adambaşına düşən gəlir 333 $ olduğu halda, ötən il 7,329 $ səviyyəsinə yüksəlib.
Bu, ÇKP-nin iqtidarı qoruyub saxlamasının yeganə vacib səbəbdir.
Ancaq sadalanan səbəblər arasında qeyri-sabit iqtisadiyyat sovet liderlərinin yeganə səhvi deyildi. Onlar, həmçinin ABŞ-la bahalı və mənasız silahlanma yarışına cəlb edilmişdi və imperiya siyasəti ilə strateji dəyəri az olan, davamlı iqtisadi tənəzzüllü rejimlərin qarınlarını pul və digər resurslarla doydururdular.
Çin ABŞ-la yeni “soyuq müharibə” apardığından, ÇKP eyni fəlakətli səhvləri təkrarlamaq təhlükəsi altındadır.
İlk baxışda, Çin, həqiqətən, ABŞ-la silahlanma yarışında iştirak edir. Çinin bu ilki rəsmi müdafiə büdcəsi – təxminən 175 milyard dollar – ABŞ Konqresi tərəfindən təsdiqlənmiş 700 milyard dollarlıq büdcənin yalnız dörddə biridir. Lakin Çinin faktik hərbi xərcləri rəsmi büdcədə göstəriləndən daha yüksəkdir.
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, Çin keçən il müdafiəyə 228 milyard dollar sərf edib, rəsmi rəqəmin 150%-i qədər, yəni 151 milyard dollar.
Hər halda, əsas məsələ Çinin silahlanmaya sərf etdiyi məbləğdə deyil, hərbi xərclərin ardıcıl artırılmasıdır və bu, ölkənin ABŞ-la uzunmüddətli tükənmə müharibəsi ilə məşğul olmağa hazır olduğunu göstərir.
Bununla belə, Çin iqtisadiyyatı məsrəf səviyyəsini bu həddə saxlamaq üçün kifayət qədər resursla təchiz olunmur.
Çinin yüksək səmərəli iqtisadiyyatı dəstəkləyən sürətli inkişaf modeli olsaydı, ABŞ-la mötədil silahlanma yarışına girə bilərdi. Amma onda nə bu, nə də o biri var.
Makro səviyyədə Çinin böyüməsi əhalinin sürətlə yaşlanması, yüksək borc səviyyəsi, ödəmə mübadiləsi və ABŞ-ın təşəbbüsü ilə aparılan artan ticarət müharibəsi səbəbindən yavaşlamağa davam edəcək. Bütün bunlar ÇKP-nin məhdud resurslarını boşa çıxaracaq. Məsələn, ahılların nisbəti artdıqca, səhiyyə və pensiya xərcləri də yüksələcək.
Bundan əlavə, Çin iqtisadiyyatı sovet iqtisadiyyatına nisbətən daha səmərəli olsa da, ABŞ iqtisadiyyatı qədər səmərəli deyil. Bunun əsas səbəbi ölkənin ümumi bank kreditinin yarısını istehlak edən, lakin əlavə dəyər və işlə təminatın cəmi 20%-ini öhdəsinə götürmüş Çinin dövlət müəssisələridir.
ÇKP-nin problemi budur ki, həmin dövlət müəssisələri birpartiyalı üsul-idarənin saxlanılmasında mühüm rol oynayır. Çünki onlar həm rejim tərəfdarlarının mükafatlandırılması və rəsmi makroiqtisadi hədəflər naminə hökumətin müdaxiləsini təmin etmək üçün istifadə olunurlar. Bu şişirdilmiş və səmərəsiz firmaların sökülməsi – siyasi intihar deməkdir. Lakin onları qorumaq labüd aqibətə gətirib çıxara bilər, çünki iqtisadiyyatın məhdud resurslarını sorurlar və bu əsnada ABŞ-la silahlanma yarışı çətin olacaq, gerçəklik ÇKP-nin səlahiyyətinə daha çox meydan oxuyacaq.
Çin rəhbərlərinin yetərincə qiymətləndirmədiyi ikinci dərs – imperialist fəaliyyətdən çəkinməkdir. Təxminən on il əvvəl, ticarət balansının müsbət saldosu sabit valyuta artıqlığı yaratdıqda, Çin hökuməti çoxsaylı xarici öhdəliklər götürməyə və öləzi “müttəfiqləri” subsidiyasdırmağa başlayıb.
“A sərgisi” – inkişaf edən ölkələrdə borcla maliyyələşdirilən infrastrukturun tikintisinə yönəlmiş, 1 trilyon ABŞ dolları məbləğində proqram olan “Bir qurşaq-Bir yol” Təşəbbüsü (BRI). Sovet İttifaqının təcrübəsi ilə yanaşı, ÇKP-yə fasilə verməsi üçün lazım olan ilk uğursuzluq əlamətlərinə baxmayaraq, Çin rəhbərliyi BRİ ilə irəliləməyə qərarlı görünür və ölkənin liderləri onu yeni “strategiya”nın əsası sayır.
İmperiya iştahasının digər ifrat nümunəsi Çinin Kambocadan tutmuş Venesuelaya, Rusiyaya qədər olan səxavətli yardımıdır. “AidData”nın məlumatına görə, 2000-ci ildən 2014-cü ilə qədər Kamboca, Kamerun, Kot d’İvuar, Kuba, Həbəşistan və Zimbabve Çindən 24 milyard dollar yardım və ya subsidiyalı kreditlər alıb. Eyni dövrdə Anqola, Laos, Pakistan, Rusiya, Türkmənistan və Venesuela 98,2 milyard dollar vəsaiti cibinə qoyub.
İndi Çin “Çin-Pakistan İqtisadi Dəhlizi” üçün 62 milyard dollar kredit verməyi öhdəsinə götürüb. Bu proqram Pakistanın ödəniş balansı böhranı ilə mübarizəsinə kömək edəcək; lakin ticarət proteksionizminin gücləndiyi təhlükəli zamanda Çin hökumətinin kassalarını boşaldacaq.
Sovet İttifaqı kimi, Çin bir neçə dostunun borcunu ödəyir, getdikcə sürətlə davam edən silahlanma yarışına qoşulmaqla, məhdud faydalar qazanır.
Çin-Amerika Soyuq müharibəsi hələ indi başlayır, ancaq Çin artıq məğlubiyyət yolunun ağına çıxıb.
MilliYol.Az