Solsberidəki hadisənin (Sergey Skripaın zəhərlənməsi) Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əmkdaşları tərəfindən törədilməsi təsdiq olunduqdan (Böyük Britaniya xüsusi xidmət orqanlarının iddiasına görə-red.) sonra Rusiya oliqarxlarının onlarla aktivi müsadirə oluna bilər
MilliYol.Az xəbər verir ki, bu barədə “The Daily Mail” qəzetində məlumat bildirilib.
Jurnalist Ceyson Qrouvsun yazdığına görə, Uaytholldan (Böyük Britaniya hökumətinin yerləşdiyi yeri simvolizə edən məkan-red.) verilən məlumatda Cinayətkarlığa qarşı milli agentlik “məchul və mənbəyi izah edilməyən əmlaklarla” bağlı verilən sorğular əsasında 100-dən çox xarici vətəndaş haqqında tədbirlərə başlayıb.
Aydın məsələdir ki, onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Həmin sorğular çərçivəsində xaricdə korrupsiya və mütəşəkkil cinayətkar şəbəkələri ilə əlaqəsi olan əcnəbilər Böyük Britaniyadakı akitvlərini və daşınmaz əmlaklarını hansı pulla aldıqlarını məhkəmələrdə sübut etməli olacaqlar. “Əgər onlar bu aktivlərini qanuni surətdə əldə etdiklərini sübuta yetirməsələr, hakimiyyət həmin adamların mülklərinin və başqa əmlaklarının müsadirəsini tələb etmək haqqına malik olacaq”,- məqalədə deyilir.
Məqalədə bu yay belə sorğulardan sadəcə 3 dəfə verildiyi üçün Böyük Britaniya hökumətinin ciddi surətdə tənqid olunduğu qeyd edilib.
Lakin Uayholldakı mənbə məsələnin başqa cür olduğunu söyləyib:
“İctimaiyyətin bilmədiyi bir çox işlər baş verir. Məsələn, indi ayrı-ayrı şəxslərin kapitalları və onlara verilən vizalar bir-bir yoxlanılır. Cinayətkarlıqla mübarizə agentliyi 100-dən artıq işi gözdən keçirməkdədir. İnsanlarımız Roman Abramoviçin artıq ölkəmizə ayaq basa bilmədiyini müşahidə edə bilirlər”.
Böyük Britaniyanın baş prokuroru Vefri Koks İcmalar palatasında (parlament) çıxış edərək yaxın aylarda mənşəyi izah edilməyən əmlaklarla bağlı çoxlu sayda sorğuların dərc ediləcəyini söyləyib.
“Dauninq strit”də (baş nazirlik) isə Böyük Britaniyanın “düşmən dövlət fəalliyyəti”ndə şübhəli bilinən hər kəsin sərhəddə saxlanması ilə bağlı addımların atılacağını anonsu verilib.
“Hazırda Putinə bağlı rus oliqaxrlar Londonda bir çox məhdudiyyətlərlə üzləşib, onların özəl təyyarələri isə hər dəfə yoxlanılmağa məruz qalır”, - məqalədə deyilir.
Yazıda əvvəllər Böyük Britaniyada 2 milyon funt-sterlinq sərmayə qoyan xarici vətəndaşlara yaşamaq hüququ verən “Tier 1” vizalarının da yoxlanıldığı bildirilib.
Bu səbəbdən İqor Şuvalov, Andrey Yakunin, Roman Abramoviç, Oleq Deripaska və Elsina Xarova kimi oliqarxları da hüquqi təqib gözləyir.
MilliYol.Az