Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşurə öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib
İcra başçısı Məhərrəmlik ayının başlanması ilə əlaqədar “İmamzadə” ziyarətgahında olub. O, ziyarətgah ətrafında təmizlik işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi, yaşıllıqların bərpası üçün göstəriş verib. İcra başçısı həmçinin, İmamzadə məscidində 5000 nəfərə yaxın insanın ibadət edə biləcəyi mərasim zalının açarını da yenidən dindarlara təqdim edib.
Sabahdan etibarən İmamzadə ziyarətgah kompleksi dindarların istifadəsinə veriləcək. Məhərrəmlik ayının ilk günündən sonuna qədər ziyarətgah kompleksində olan Hüseyniyyə məscidində kişilər, Zeynəbiyyə məscidində qadınlar dini ayınləri yerinə yetirəcəklər.
Niyazi Bayramov bundan başqa, Gəncə şəhərində yerləşən iki məsciddə təmir-bərpa işlərinin aparılması barədə də tapşırıq verib.
MilliYol.Az