"Rusiya, Türkiyə və İran Suriyadakı terrorizmi dayandıra və onun regionda və dünyada yayılmasının qarşısını ala bildi"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda rusiyalı və türkiyəli həmkarları ilə görüşündə deyib.
"Bu gün qeyd edilən səylər nəticəsində Suriyadaxili qüvvələr arasında konstruktiv dialoq üçün zəmin yaradılıb", - H.Ruhani bildirib.
Onun sözlərinə görə, Suriyada terrorizmlə mübarizənin ən effektiv yolu Dəməşqdəki qanuni hökumətlə əməkdaşlıq etməkdir.
İran prezidenti ABŞ-ın Suriyadakı mövcudluğunun qanunsuz, təcavüz forması olduğunu
və bunun bölgədə sülhün əldə olunmasını çətinləşdirdiyini vurğulayıb.
MilliYol.az
Digər xəbərlər
loading...