Müğənni İradə Mehri həmkarlarından birinin ünvanına sərt ittihamlar səsləndirib
O, “Instagram” hesabında mahnısının icazəsiz oxunduğunu deyərək, ifa edən şəxsi təhqir edib.
“Hansı peşə sahibi olursansa, ol, fərq etməz. Çaqqalın yanında çaqqal olar. Söyürlər, danlayırlar, susur. Bədbəxt neyləsin? Sonradan görüb. Vaxtında səni niyə yanımdan qovduğumu bilirsən. Sənin namussuz və nə qədər tərbiyəsiz olduğunu gördüm. Bil ki, mən sənin kimi onun-bunun hesabına yaşamıram. Get, ulamağında ol. Sənin tula olmağını bütün kişilər bilir, namussuz.
Əxlaqı olan heç vaxt gecəsi gündüzü hotellərdə keçən bir qadına arxa çıxmaz. Mən o mahnıya bədənimi yox, pul vermişəm. Özünü tanıyan ailəsini qorumalıdır, hotellər kraliçasını yox. Sizə yazığım gəlir. Sübut edəcəyəm ki, mələk göydə olur, hotellərdə yox”, - deyə Mehri yazıb.
Daha sonra məlum olub ki, İradənin ad çəkmədən təhqir etdiyi şəxs müğənni Damladır. O, Mehrinin bir zamanlar ifa etdiyi “Sevmişdim” adlı mahnısını icazəsiz oxuyub.
Sənətçi isə sözügedən təhqirləri Damlanın ünvanına səsləndirib. (oxu.az)
MilliYol.az