Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq Rusiyanın Suriya, o cümlədən İdlibdəki terror qruplaşmaları ilə mübarizədəki hərbi missiyasını dəstəkləyib
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi bildirib ki, radikal qüvvələri dəf etmək üçün cəhdlər etmək, bununla yanaşı, dinc sakinləri qorumaq lazımdır: “Biz humanitar fəlakətdən qaçmalıyıq”. Merkelin sözlərinə görə, bu məsələni Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla da müzakirə edib.
"Deutsche Wirtschafts Nachrichten" nəşri yazır ki, Rusiyanın Suriyadakı antiterror əməliyyatları döyüşçülərin dinc sakinləri “canlı qalxan” kimi istifadə etməsi səbəbindən çətinləşib.
Qeyd edək ki, İdlibdəki son situasiya Tehranda bu gün baş tutacaq Rusiya-İran-Türkiyə zirvə görüşündə əsas mövzu olacaq.
Xatırladaq ki, Berlin dəfələrlə Rusiyanın Suriyadakı fəaliyyətini tənqid edib. 2016-cı ildə Merkel suriyalıların bombardman edilməsi və bu ölkədən olan qaçqınların sayının artmasında Rusiyanı ittiham etmişdi.
MilliYol.az