Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9% artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərdən biri Körfəz ölkələrindən olub.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3%, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8% artıb. İrandan gələnlərin sayında 18,8% azalma müşahidə edilib.
Azərbaycana turist axınının artdığını nəzərə alaraq onlar arasında video-sorğu keçirdik. Məlum oldu ki, turistlər Azərbaycanda keçirdikləri 3-10 gün ərzində 218 AZN - 11 min 900 AZN xərcləyiblər. Pullarını isə əsasən ərzağa, içkiyə, şopinqə, gəzintiyə, restoran və hotel xidmətlərinə sərf ediblər.
Azərbaycanda hotel xidmətlərinin nisbətən baha olduğunu deyən turistlər arasında Qəbələdə istirahət edəni də var. (kommersant.az)
MilliYol.az