Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadənin Bakıya gələcəyi gözlənilir
Bu barədə Modern.az saytına Zadə irsini araşdıran Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova nəlumat verib.
Şahnaz Şahbazova Lütfi Zadənin oğlu Normanla əlaqəsinin olduğunu qeyd edib:
“Lütfi Zadənin oğlu Norman məni daha çox eşidir. Bilirəm ki, hamı onun Azərbaycana gələcəyi günü gözləyir. Norman mütləq Azərbaycana gələcək. Dəqiq vaxt deyə bilməsəm də, çox istərdim ki, oktyabrda onun gəlişi baş tutsun”.
Norman Zadə 1950-ci ildə doğulub, hazırda 68 yaşı var. O da atası kimi Amerikada kifayət qədər tanınır. ABŞ-da onu daha çox Norm Zada adı ilə tanıyırlar.
Norman informatika sahəsi üzrə riyaziyyatçı alimdir, eyni zamanda peşəkar poker oyunçusudur. Bundan başqa, o, həm də vəkil və media maqnatıdır.
MilliYol.az