Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, “Beynəlxalq Nəqliyyat Forumu” keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istrahət etməsi üçün müəyyən yerlər yaradılacaq.
Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər. Bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejmini müəyyən edəcək.
Qeyd edək ki, magistral yol kənarlarında olan istrahət məkanlarından ölkələrarası hərəkət edən əcnəbi sürücülər də istifadə edə biləcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
MilliYol.Az