Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün personasına «sarsılmaz inam» bəslədiyi üçün, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina təşəkkür edib
Bu barədə Ağ Evin başçısı cümə axşamı özünün «Tvitter» səhifəsində yazıb.
«KXDR lideri Kim Çen In Prezident Trampa sarsılmaz inamını» elan edib. Sağ ol, Kim! Biz, bunu birlikdə edəcəyik» – deyə, Tramp qeyd edib.
Çərşənbə günü Koreya Respublikası Prezidentinin xüsusi elçisi Çon Iy Yon Pxenyanda olub. Cümə axşamı isə Seulda keçirilən brifinqdə Çon Iy Yon bəyan edib ki, KXDR-nın lideri yaxın bir neçə ildə ABŞ-la münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşacağına ümid edir.
Xüsusi elçinin sözlərinə görə, Kim Çen In deyib ki, «ABŞ Prezidenti Donald Trampa inanır və ümid edir ki, onun birinci prezidentik müddətində Pxenyan və Vaşinqton 70 illik düşmənçiliyi adlayıb keçəcək və Koreya yarımadasının denuklearizasiyasını həyata keçirə biləcəklər». (azpolitika.info)
MilliYol.Az