Britaniyada Solberidə Rusiya BKİ-sinin eks-polkovniki Sergey Skripal və qızının “Noviçok” sinir-iflic qazı ilə zəhərlənməsindən sonra iki ölkə arasında böhran davam edir
Modern.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın təhlükəsizik naziri Ben Uolles bu işdə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını vurğulayıb.
Uolles hadisəyə sonda Putinin cavab verməli olacağını bildirib.
Onun sözlərinə görə Britaniya hakimiyyəti hadisə baş verən zaman birbaşa Putinə müraciət etməli idi.
Nazir Rusiya prezidentinin hərbi kəşfiyyat üzərində güclü təsirinin olduğunu qeyd edib.
“Baş Kəşfiyyat İdarəsi (QRU) şübhəsiz ki, öz başına deyil. Onun fəaliyyəti həm Rusiya Baş Qərargahının yüksək çinli rəsmiləri, həm də müdafiə naziri ilə əlaqəli olduğu kimi oradan da Kreml və prezident ofisi ilə bağlıdır. Son nəticədə o, (Putin red.) bunu edir. Onun hökuməti Müdafiə Nazirliyi vasitəsi ilə vasitələrə nəzarət edir və hərbi kəşfiyyat istiqamətləndirir. Düşünmürəm ki, kimsə Vladimir Putinin öz dövlətinə nəzarət etmədiyini söyləsin” – Uolles bildirib.
O, baş nazir Tereza Meyin də Solsberi hadisələri və Eymsberidə bu maddə üzündən bir qadının ölümünə görə Putinə ittiham etməsə də Kremlə işarə etdiyini diqqətə çatdırıb.
Nazirin sözlərinə görə Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Moskvaya qarşı bu işin ifadəsi ilə Kremlin üzərindəki diplomatik təzyiqi gücləndirməyə çalışacaq.
Qeyd edək ki, bu keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya da üzv kimi iştirak etməlidir.
MilliYol.Az