“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik"
Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.
Bu barədə A.Merkel RTL və N-TV telekanallarına müsahibəsində bildirib.
“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik. Bu, ən başlıca vəzifəmizdir. Bu mövzunu Ərdoğan və Putinlə müzakirə etmişik”, – kansler bildirib.
A.Merkelin fikrincə, İdlib əyalətində vəziyyət birmənalı deyil, çünki bir tərəfdən radikal qruplarla mübarizə aparılmalı, digər tərəfdən də dinc əhali qorunmalıdır. (report.az)
MilliYol.Az
Digər xəbərlər
loading...