Adriano Çelentanonun 80 illik yubileyi ilə əlaqədar Bakıda açıq hava film festivalı keçiriləcək
Milli.Az xəbər verir ki, 9-13 sentyabr 2018-ci il tarixlərində Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan "Adriano Çelentano Açıq Hava Film Festivalı" keçiriləcəkdir.
İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda, Adriano Celentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq: "Blef", "Dəlicəsinə Aşiq Olan", "Tuz", "İnadkarın Ram Edilməsi" "Məxmər Əllər". Aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub.
Uzun və müvəffəqiyyətli karyerası zamanı ümumi tirajı 200 milyon nüsxədə olan 40 albom buraxmışdı. Bu real rekorddu.
1958-ci ildə gənc Çelentano film sənayesində karyerasına Federiko Fellininin 1960-ci ilin filmi "Dolce Vita"-da rok müğənnisi rolunda başlamışdır. Adriano Çelentano 1969-cu ildə Pietro Cerminin "Serafino" filmində baş rolda oynayaraq böyük ekranda müvəffəqiyyətlə yol açdı.
Bir aktyor olaraq, Çelentano əksəriyyəti komediya olmaqla, təxminən 40 filmdə çəkilib.
Açıq hava nümayişləri gözəl "Landmark Rotunda Roof Garden"-nin ətrafında keçiriləcək. Film rus subtitrləri ilə orijinal dildə olacaq. Giriş pulsuzdur.
MilliYol.Az